Şirvan şəhər morquna iki meyit gətirildi

26-07-2016, 21:53   
Şirvan şəhər morquna iki meyit gətirildi
Şirvandakı "Araz" zavodunun saxlanc anbarında baş verən partlayşda həlak olduğu deyilən iki nəfərin meyiti Şirvan şəhər morquna gətirilib.

Bu barədə Musavat.com-a hazırda Şirvan şəhərində olan əməkdaşımız Elşən Məmmədəliyev xəbər verib.

Onun sözlərinə görə, morqa meyiti gətirilən şəxslərin kimliyi barədə jurnalistlərə açıqlama verilməsə də ehtimal olunur ki, bunlar partlayış zamanı itkin düşdüyü bildirilən şəxslər ola bilər. Onlardan biri qadın, digəri kişidir. İtkin düşən qadının adı İlahə Həsənovadır, kişi isə zavodda 3 aydır sürücü işləyən Ağamir Allahyarovdur.

A.Allahyarovun oğlu İlkin əməkdaşımıza bildirib ki, partlayan mərmilərdən biri onun atasının idarə etdiyi maşının damıına düşüb və damı əyib, ön şüşəni sındırıb. Ancaq maşında qan ləkələri olmadığından İlkin atasının sağ olduğuna ümid edir.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.