Nazir oğlu villasını dovşan dərisindən döşədib

27-07-2016, 08:19   
Nazir oğlu villasını dovşan dərisindən döşədib

Ziya Məmmədovun qalmaqallı hadisələrdə tez-tez adı hallanmış övladı Anar Məmmədovun Bakı kəndlərindən birində malikanəsi dovşan dərisindən hazırlanıb. Nazir oğlunun döşəməsi dovşan dərisindən hazır olduqdan sonra bu materiallardan artıq qalıb.

Dovşan dərisinin yerdə qalan hissəsi israfçılıq edilərək tullanıb. Qeyd edək ki, Azərbaycanda dovşan təsərrüfatı var. Məsələn, Xaçmazda yaradılan dovşançılıq təsərrüfatı bir neçə ildir fəaliyyət göstərir. Dovşanlar Almaniyadan, Yeni Zelandiya və Kaliforniyadan gətirilir.

Dovşanın ətini və dərisini satmaqla məşğul olan sahibkarlar gələcəkdə bu sahəni daha da geniş inkişaf etdirmək, dövlətdən güzəştli kredit almaq fikrindədir.

Onlar, əsasən buğda, arpa, qarğıdalı yemləri və yonca ilə qidalanan dovşanın ətinin pəhriz və şəkərli diabet xəstələri üçün müalicəvi əhəmiyyətinin olduğunu bildirirlər. Nazir oğlunun hansı ölkədən gətirilən dovşan dərisindən evi döşətdiyi bilinməsə də, böyük pullar xərclədiyi məlumdur. Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.