Ən böyük tikinti şirkəti olan “Akkord” niyə vergi ödəmir?

27-07-2016, 09:06   
Ən böyük tikinti şirkəti olan “Akkord”   niyə vergi ödəmir?
«Akkord»un vergiylə bağlı açıqlamasında müəmmalı məqamlar

“Akkord Sənaye Tikinti Investisiya Korporasiyası” ASC-nin cəmi aktivləri 2016-cı ilin əvvəlinə 755,512 mln. manat təşkil edib. “Report” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin sonuna olan analoji göstərici ilə müqayisədə 7,2% çoxdur.

Ötən il ərzində Korporasiyanın cəmi öhdəlikləri 5,3% artaraq 580,222 mln. manat, cəmi kapitalı isə 14,2% artaraq 175,289 mln. manat olub.


Hesabat dövründə Şirkətin əsas gəlirləri 39,142 mln. manat, digər gəlirləri 56,657 mln. manat, tikinti müqavilələrinin və satışın maya dəyəri 26,616 mln. manat, ümumi və inzibati xərcləri 12,383 mln. manat, maliyyə xərcləri isı 35,022 mln. manat təşkil edib.

Bununla da, “Akkord” 2015-ci ili 21,777 mln. xalis mənfəətlə başa vurub. Xatırladaq ki, 2014-cü ildə bu rəqəm 19,812 mln. manat olub. Başqa sözlə, Şirkət mənfəətini 9,9% artırıb. Bununla belə, Korporasiya nə ötən il, nə də ondan əvvəlki il dövlət büdcəsində mənfəət vergisi ödəməyib.

Bununla bağlı “Akkord”dan “Report”a bildirilib ki, son iki ÿil ərzində əldə edilmiş mənfəət əvvəlki illərin zərərinin kompensasiya edilməsinə sərf olunub. Belə ki, Vergi Məcəlləsinin 121.1. maddəsində əsasən, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Odur ki, 2014-2015-ci illər üçün Korporasiyanın dövlət büdcəsi qarşısında mənfəət vergisi öhdəliyi yaranmayıb.

Xatırladaq ki, “Akkord Sənaye Tikinti Investisiya Korporasiyası” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 74,113 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 17,5 manat olan 4,235 mln. səhm əsasında formalaşıb. Səhmlərin 51%-i “VIP Estate” MMC-yə, 49%-i isə Dərya Müsəllim oğluÿVəliyevə məxsusdur.

Açıqlanan rəqəmlərlə bağlı bir sıra suallar yaranır. “Akkord” şirkəti ölkə ərazisində yalnız bina tikintisiylə məşğul olmur. Bu şirkət eyni zamanda iri dövlət layihələrinin də əsas icraçısıdır. Bundan başqa, “Akkord”un binalarının kvadrat metri bir o qədər də ucuz deyil və şirkət kredit ödənişini elə bir sistemə salıb ki, ondan yayınmaq mümkünsüzdür. Belə olan halda sahibkarları vergi bazasının genişləndirilməsi adı altında sıxışdıran Vergilər Nazirliyi bu şirkəti niyə nəzərdə kənarda qoyur.

Ekspertlərin fikrincə, “Akkord”a qarşı bu cür yanaşma təsadüfi deyil. Belə ki, şirkət və ya bank bəyan edə bilər ki, onun bu il mənfəəti olmayıb. Amma bu zaman Vergilər Nazirliyi bir qayda olaraq həmin şirkət və banklardan avans ödənilməsini tələb edir. Amma bu qaydalar “Akkord”da münasibətdə keçərli deyil. Çünki bu şirkətin xüsusi statusu var.

Nəzərə almaq lazımdır ki, bu şirkət dövlət sifarişlərini yerinə yetirir. Ona görə bu sahədə şəffaflığın olması çox vacibdir. Ekspertlərə görə, bu məlumatların ictimaiyyətə açıq olmaması problemlər yaradır.

Hikmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.