Vüsal Novruzovun bahalı maşın kolleksiyası, uşağına 20 qəpiklik “suxarik” ala bilməyən vətəndaş və...ZİYALI SİLLƏSİ

29-07-2016, 10:01   


Son zamanlar məmurlar və övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı yazılar ölkə mediasının baş manşetinə çevrilib. Məsələn, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük generalı Vüsal Novruzovun adı bahalı avtomobil kolleksiyası ilə məşğul olan məmur-oliqarxlar sırasında hallanır. Yayılan məlumatlara görə, general V.Novruzovun nə az, nə çox, 72 ədəd bahalı, son model avtomobilləri var ki, onlardan özünə kolleksiya düzəldib. Eyni zamanda bu günə qədər bir sıra məmurların ya özlərinin, ya da övladlarının bahalı avtomobil kolleksiyası ilə məşğul olması haqda məlumatlar var.

Məmurların və onların övladlarının bahalı avtomobil kolleksiya sevdasına münasibət bildirən Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev Savash.org-a söyləyib ki, məmurlar ölkəni çapıb talayır. Amma maraq doğuran məsələ odur ki, məmurların ölkəni çapıb, talaması hamının gözü qarşısında baş verir:

"Hamı görür ki, məmurlar qudurqanlıq edir. Ailəsi, övladı saymazlıq edir. Bütün etik və mənəvi qaydalara sayğısızlıq nümayiş etdirir. Bu hal daha yüksək vəzifə tutan məmurların gözü qarşısında baş verir. Ümumiyyətlə, buna qarşı ciddi ölçülər götürülməlidir. Bu tədbirlər ildə bir -iki dəfə hansısa böyük bir iclasda kiməsə barmaq silkələməklə olmamalıdır. Real olmalıdır. Sizdən əvvəl bir nazirin müsahibəsini oxuyurdum. Turizmin inkafından danışır. Deyir ki, bizdə turizim inkişaf edir. Ay qardaş, bizdə bu sahə inkşaf edirsə, hər il milyondan artıq azərbaycanlı niyə Gürcüstana üz tutur?. Niyə qiymətlər bahadır? Qurdalayanda görürsən ki, hər bir məmur xalq üçün deyil özü üçün ailəsi, üçün çalışır".

Müsahibimizin sözlərinə görə, məmurlar bu qədər ac göz olmasa idilər, bizə dalbadal qəfil şillə kimi dəyən devalvasiya baş verməzdi. Baş versəydi də, bu qədər ağır olmazdı: " Özünə maşın kolleksiyası düzəldən məmur daxil olmaqla, digər məmurlar bilməlidirlər ki, ölkəmizdə 20 qəpik verib uşağına, "suxarik" ala bilmədiyinə görə, özünə qəsd edənlər var. Məyər onlar anlamırlarmı ki, evinə bir dənə çörək ala bilmədiyi üçün başı aşağı soyuqdan əsə -əsə, amma evə tər töküb girən insanlar yüzlərlədir. Hətta Sovet vaxtı adamlar evində kabab bişirəndə "iy vurub" deyib qonşulara da paylayırdı. Noldu? Nə möcüzə baş berdi ki, qeyri insanı hisslər və acgözlük hər şeyə üstün gəldi. Sizə tam ciddi bildirirəm ki, məmurlar cəmiyyətə ağır xəstəliklər sacan yaralara çevriliblər. Bu yara mütləq kəsilməlidr. Yoxsa, cəmiyyəti məhv ediləcək."

Orxan
Savash.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.