Azərbaycanda “gülənçilər”ə qarşı əməliyyat başlayır

29-07-2016, 22:39   


Ankara “paralel yap”ının YAP iqtidarındakı adamlarının da cəzalandırılmasını istəyir
Türkiyədə uğursuz hərbi çevrilişdən sonra “Gülən camaatı”na qarşı başlanan əməliyyatlar Azərbaycanda da davam etdirələcək. 24saat.org-a daxil olan məlumata görə, rəsmi Ankara Azərbaycanda kök atmış “gülənçilərin” sıradan çıxarılmasında israrlıdır. Qeyd edək ki, elə hadisələrin ilk günlərində “Qafqaz” Universiteti, “Zaman Azərbaycan” qəzeti, “Zaman.az” saytının fəaliyyəti dayandırılıb. Hətta ölkənin ilk müstəqil telekanalı olan ANS də Türkiyədəki hərbi çevrilişə cəhdin ssenari müəllifi kimi qələmə verilən Fətullah Gülənin badına gedib. ANS-in əməkdaşı Qənirə Ataşovanın Fətullah Gülənin mətbuat konfrasına qatılması telekanalın qapadılması ilə nəticələnib.
Məlumatlarda deyilir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bununla kifayətlənmək istəmir. Azərbaycan hakimiyyətində “Gülən camaatı” ilə əlaqədə şübhəli bilinən məmurların cəzalandırılması rəsmi Ankaranın istəyidir. Türkiyə mediası da bu mövzuda yazarkən “Gülən camaatı”nın Azərbaycanda möhkəm dayaqlarının olduğuna işarə edir. Hətta Türkiyənin bəzi media orqanları Azərbaycan Dövlət Neft Şirkətinin (ARDHŞ) rəhbərliyini “Gülən camaatı” ilə əlaqədə ittiham edir. Qardaş ölkənin nəşrləri yazır ki, bu baxımdan Azərbaycanda “gülənçilərə” qarşı əməliyyatlar ilk olaraq ARDNŞ-də aparılmalıdır. İddia olunur ki, bir müddət əvvəl “SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuzun vəzifədən çıxarılması təsadüfi deyil. Türkiyə mətbuatı iddia edir ki, bu şəxsin “Gülən şəbəkəsi”lə ciddi əlaqələri olub. Bir neçə ay əvvəl isə “SOCAR Türkiyə”nin baş icraçı direktorunun birinci müavini Samir Kərimli də “Gülən şəbəkəsi”nin üzvü olmaqda şübhəli bilinərək tutduğu vəzifədən azad edilib. “Lakin hələ də SOCAR-da paralel yapı ilə əlaqəli olan şəxslər var. Bunların sırasında PETKİM-in baş direktoru Sadəttin Korkut, PETKİM İnstitutunun baş katibi Harun Yavaş, SOCAR Türkiyənin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ömər Adsız, İnsan Resursları üzrə direktor İlqar Məhəmmədoğlu, İT direktoru Fuad Uludağ, Satınalmalar üzrə direktoru Çətin Korkut, SOCAR Power ortağı Ənver Tanər Baltaçı, Yasar Çoruh ve Tolqa Toprakın adı keçir” – Türkiyə mətbuatı yazır.
24saat.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.