Yol polisi piyadanı vurdu - Açıqlama (Video)

12-08-2016, 15:58   
Yol polisi piyadanı vurdu - Açıqlama (Video)

Sosial şəbəkələrdə polis əməkdaşının iştirakı ilə baş verən qəzanın videoçarxı yayılıb. Kadrlara əsasən, polis əməkdaşı piyadanı vurub. Bir neçə yerli sakin isə hadisəni törədənə təzyiq göstərib

Oxu.az hadisəyə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb.

V.Əsədov faktı təsdiqləyərək bildirib ki, hadisə Suraxanı rayonu Zığ qəsəbəsində baş verib.

“Adıçəkilən videoçarxda hadisənin bir hissəsi verilib. Təfərrüatları müşahidə kameralarına çəkilmiş videoçarxdan görmək olar. Görüntülərə əsasən, qəsəbə sakini xidmətdə olan polis əməkdaşının işinə süni mane olmaq üçün bilərəkdən irəli atma hərəkəti edərək özünü polis maşınına vurub, daha sonra yerə yıxılıb”, - polis polkovniki bildirib.

V.Əsədovun sözlərinə görə, qəsəbə sakininə ekspert tərəfindən əzələ əziyi diaqnozu qoyulub.

Polkovnik qeyd edib ki, hadisədən dərhal sonra qəsəbə sakinləri tərəfindən polis əməkdaşına qarşı aqressiv hərəkətlər edilib.

“Polis əməkdaşı ciddi xəsarətlər alıb, hazırda hospitalda yatır. Polis maşınına da ciddi zədə dəyib – arxa şüşə sındırılıb, kapot əzilib. Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Artıq 7 nəfər saxlanılıb”, - deyə polis polkovniki qeyd edib.

V.Əsədov vətəndaşları sürücülərə qarşı daha soyuqqanlı olmağa çağırıb. O qeyd edib ki, istər polis əməkdaşı olsun, istər digər bir sürücü, bu cür hadisələr zamanı aqressiyaya yol vermək olmaz, soyuqqanlılıq göstərərək dərhal təcili tibbi yardım çağırmaq lazımdır.
[media=https://www.youtube.com/watch?v=fBcQnRjQrqw]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.