Şəmkirdə odlu silahla başına atəş açaraq özünü öldürən şəxs əvvəllər Rusiya Federasiyasında polis işləyib.
Avqustun 12-də saat 17 radələrində Cahangir Rüstəmov küçəsi ev 18-də yaşayan 1959-cu il təvəllüdlü Qafqaz İsgəndərov evinin həyətində başına “Revolver” tipli silahdan atəş açaraq özünü öldürüb.
Xəbərə görə, bir neçə ildirki bəzi səbəblərdən ailəsindən ayrılan və tənha yaşayan Q.İsgəndərov uzun müddətdir ürək xəstəliyindən də əziyyət çəkirmiş.
Yaxınlarının hüquq-mühafizə orqanlarına verdiyi məlumata görə, qapalı həyat sürən Q.İsgəndərovun iki övladı var.
O, intihar etdiyi vaxtdan bir neçə saat əvvəl qonşusu olan qardaşı ilə birgə bazara gedərək, avqustun 13-də atalarının il mərasimini qeyd etmək üçün bazarlıq ediblər. Q.İsgəndərov bazardan qayıtdıqdan sonra evinə gedərək, mənzilində saxladığı köhnə “Revolver” tipli tapança ilə başına atəş açaraq intihar edib.
Q.İsgəndərov əvvəllər Rusiyada yaşayıb və bir müddət orada polis əməkdaşı işləyib. Daha sonra ürəyində yaranan xəstəlik səbəbindən işdən çıxaraq Şəmkir rayonuna qayıdıb.
Baş vermiş hadisə ilə bağlı Şəmkir Rayon Prokuroluğunda Cinayət Məcəlləsinin 125 -ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. (“Report”)
* * *12:24
Şəmkir şəhərində kişi həyətində odlu silahdan açdığı atəşlə özünü öldürüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Avqustun 12-də Şəmkir şəhərində yaşayan Qafqaz İsgəndərov həyətində odlu silahdan açdığı atəşlə özünü öldürüb.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən nömrəsi silinən “Revolver” tipli tapança, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.
Faktla bağlı araşdırma aparılır.