100 min avro ilə qumar oynayan azərbaycanlı kimdir? “Azərbaycan Saatı”nın yayımladığı maraqlı faktı təqdim edir.
Məlumat üçün qeyd edək ki, sujetdə söhbət 10 ZZ 579 dövlət nömrə nişanlı, qiyməti 300 min ABŞ dolları olan McLaren MP4-12C avtomobilin sahibinin Kaliforniyada yerləşən “Monte Carlo Casino”-da 100 min avro ödəyərək qumar oynamasından gedir.
1863-cü ildə inşa olunan və bir çox filmlərin çəkildiyi “Monte Carlo Casino” bütün təbəqələrdən olan şəxslərin büdcəsinə uyğun qumar oyunları təklif etməklə məşhurdur. Kazinoya giriş 10 avro , minimum oyun haqqı isə əlavə olaraq 100 avro dəyərində chip olsa da, xüsusi günlərdə təşkil olunan istisna oyunlarda fantastik dərəcədə çox pul ödəmək tələb olunur.
Belə oyunlar adətən 100.000 avro giriş haqqı ödənilərək təşkil olunan turnirlər hesab olunur. Məsələn, 2015-ci ildə təşkil olunan və girişi 100 min avro olan turnirdə Erik Seidel adlı şəxs 2.015.000 (2 milyon 15 min ) avro qazanaraq turnirin qalibi olub. Turnir zamanı oynanılan ümumi məbləğin 22 milyon avrodan çox olduğu bildirilir.
Əlavə olaraq onu da qeyd edək ki, adi günlərdə kazinoda avropa və ingilis ruleti oynamaq üçün ən az 5 avro,Trente et Quarante (otuz-qırx) oynamaq üçün isə ən az 20 avro tələb olunur. Kazinoda həmçinin minimum 25 avro ödəməklə Black Jack 21” və 10 avro ödəməklə Holdem oynamaq mümkündür.
Xatırladaq ki, yuxarıda qeyd etdiyimiz qiymətlər yalnız 1 oyun üçün keçərlidir.24saat.org