Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində təxminən 23-25 yaşında qız intihar məqsədiylə özünü dənizə atıb.
Qaynarinfo.Az-ın bizimyol.info-ya istinadla verdiyi xəbərə görə, hadisə ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola nəzarətsiz ərazidə baş verib. Qızı xilas etmək üçün bulvarın mühafizə əməkdaşı soyunaraq özünü dənizə atıb.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı boğulmaq təhlükəsindən xilas ediblər və aidiyyəti üzrə təhvil veriblər.
[media=https://www.youtube.com/watch?time_continue=1&v=bkL6BVGUvA8]