Qorxu Gülənə “himmət parası” verən böyük əksəriyyət iş adamlarına sirayət edib. Onlar artıq Fətulla Gülənin Azərbaycandakı “biznes imamı” ilə heç bir halda əlaqəli olmaq və Gülənə “himmət parası” ödəmək istəmirlər.
Fətulla Gülənin Azərbaycandakı “biznes imamı”, “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin baş katibi Sərraf Nəzərov Pensilvaniyadan gələn yeni təlimata əsasən FƏTÖ terror təşkilatının biznes strukturlarının Azərbaycandakı qollarını bilinən “Gülənçi qrup”lardan ayırır. Paralel olaraq biznes strukturlarının Azərbaycanda daha genişlənməsi üçün ciddi addımlar da atılmaqdadır.
anaxeber.info-a daxil olan məlumata əsasən İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin baş katibi Sərraf Nəzərov Fətulla Gülənə “himmət parası” verən gizli şirkətlərə təlimat yollayıb. Təlimatda bildirilir ki, həmin şirkətlər ifşa edilən və üzərində şübhə olan Gülənçilərlə əlaqələri tamamilə kəssinlər. Hər şeydən əvvəl Fətulla Gülənin Azərbaycandakı “biznes imamı” köhnə əlaqələri tamamilə yox etməyi və müəyyən zaman ərzində Ərdoğan tərəfdarı kimi çıxış etməyi və bu tərəfdarlığı hər vasitə ilə nümayiş etdirməyi tapşırıb.
Daha əvvəllər Sərraf Nəzərova “himmət parası” ödədiyini qeyd edən mənbənin sözlərinə son daxil olan təlimatda hər bir gülənçi iş adamından son dərəcə diqqətli olmaları və özlərini gizli saxlamaq üçün lazım olan hər şeyə getmələri tələb olunur. Həmçinin bildirilir ki, artıq Pensilvaniyadan Gülənlə əlaqələri olduğu bilinən önəmli iş adamlarına Azərbaycandan çıxmaq haqqında təlimat gəlib. Həmin iş adamlarının Orta Asiyada, Afrika ölkələrində yerləşmələri uyğun bilinib. Daha ünlü iş adamlarının isə təhlükəsizlik baxımından ABŞ-da yerləşmələri qərarlaşdırılıb.
Mənbə qeyd edir ki, qorxu Gülənə “himmət parası” verən böyük əksəriyyət iş adamlarına sirayət edib. Onlar artıq Fətulla Gülənin Azərbaycandakı “biznes imamı” ilə heç bir halda əlaqəli olmaq və Gülənə “himmət parası” ödəmək istəmirlər. Lakin vəziyyət elə yerdədir ki, əvvəllər onlara bizneslərinin inkişafı üçün şərait yaradan, sərmayə verən, Vergilər Nazirliyndən, həmçinin İqtisadiyyat Nazirlyinin r monitorinq qurumlarından müdafiə edən Sərraf Nəzərovdan və dolayısı ilə FƏTÖ-dan ayrılmaq artıq mümkünsüz görünür. Çünki Sərraf Nəzərovun adamları “imam”ın adından ayrılmaq istəyənləri ifşa edəcəyini və bilinməyən kanallarla iş adamlarının ödədikləri “himmət parası”nın sənədlərini istər Azərbaycan hakimiyyətinə, istərsə də, Türkiyə hakimiyyətinə ötürə biləcəkləri ilə təhdid edir. Bu təhdid o qədər realdır ki, hər bir iş adamı yaxşı başa düşür ki, bu halda onların biznesləri bir anın içində ortadan qalxacaq.
Mətbuata müraciət etməsinin səbəbini də bununla əlaqələşdirən mənbə bildirir ki, o böyük biznesə sahib olmasa da, gülənçilərdən ayrılmaqda israrlıdır. Çünki uşaqlarının gələcəyini təhlükə altına atmaq istəmir. Ona görə də gizli şəkildə bu məlumatları ötürür ki, FƏTÖ-nün Azərbaycandakı təşkilatı zamanla zəifləsin və ortadan qalxsın. Adını belə bilmədiyimiz mənbə onu da iddia edir ki, dünənə qədər “himmət parası” ödəyən bəzi iş adamları artıq gizli şəkildə Azərbaycanın hüquq-müşafizə orqanları ilə əməkdaşlıq edirlər. Onlar bu yolla özlərini sığortalamaq və bizneslərini qorumuğa cəhd edirlər.
Qeyd edək ki, dünən "Trend"ə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda götərilirdi ki, Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi açılıb. Məlumatda hər hansı şəxslərin və şirkətlərin adı açıqlanmasa da, güman etmək olar ki, bu istintaq araşdırmaları heç də dar çərçivə ilə əhağəli qalmayacaq və Azərbaycanda bütün sahələrdə fəaliyyət götərən , FƏTÖ-çular ifşa olunacaq.
Onu da qeyd edək ki, bu gün Azərbaycanın bir çox böyük iş adamları bu FƏTÖ-çu qrupun içində yer alır. TUSKON-nun Azərbaycandakı partnyorları olan TUSİAB və “İpəkyolu”nda yüzlərlə iş adamları birləşib. Azərbaycanın ən karlı proyektləri uzun illər boyu onlara verilib. Milyonlarla dollara hökm edirlər. Misal üçün tikinti sahəsində “Aral Qrup”un həyata keçirliyi qlobal layihələri göstərmək olar. Bu gün “Aral Qrup”un rəhbərliyi Ərdoğanın dəstəçisi kimi çıxış etməsinə baxmayaraq, çoxlarına bəllidir ki, “Aral Qrup” Fətulla Gülənin Azərbaycandakı ən böyük biznes qurumlarından biridir. Dövlət təminatlı böyük layihələrin bu şirkətə verilməsi də məhz TUSİAB və “İpəkyolu”nda birləşən FƏTÖ-çuların əməklərinin nəticəsidir.
Gülənçilərin biznes uzantılarına ulaşan, uzun illərdir Azərbaycanda Gülən camaatının fəaliyyətini araşdıran və doğurdan Azərbaycanda FƏTÖ-nun baş ağrısına çevrilən Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər “7.5 milyardlıq sərvətimiz necə ələ keçirildi? - Gülənin Azərbaycanı işğalı” adlı məqaləsində yazır:
“Danışarkən, elə əda ilə danışırlar ki, sanki 90-cı illərdə batan Azərbaycana sərmayə qoyaraq, ayağa qaldırıblar və bu gün ölkəmizdə bizdən daha böyük haqqa sahibdirlər. Azərbaycanlı ortaqları - məmurların sayəsində ölkəmizdə bizdən daha böyük söz sahibi olan Ənvər Özərən, Yavuz Keleş, Mustafa Saatçı, Bahri Topuz, Ahmet Sanıc və TUSİAB-ın Azərbaycan versiyası olan “İpəkyolu”nun sədri Rəşid Çulaqov və təşkilatdakı əsas Camaat imamı Sərraf Nəzərov və başqalarının 90-cı illərdə hansı sərmayəsi var idi?
Yüksək pafosla “90-cı illərdə Azərbaycana gəldik” deyən bu və digər şəxslər ölkəmizə hansı sərmayəni gətirmişdi? Dövlət üçün bunu araşdırmaq çətin deyil. TUSİAB-ın ilk İdarə Heyəti üzvləri olan Avni Gözütok, Mustafa Özalp, Faruk Güllüoğlu, Hilmi Öney, Eşref Gülerçin, Cemil Kahveci, Mustafa Pelit, Yusuf Kenan Eşki, Mehmet Akkaya neçə min sərmayə qoymuşdular ölkəyə? O sərmayənin qaynağı nə idi? Bu gün öz açıqlamalarına görə, Azərbaycanda toplam sərmayələri 7.5 milyard dollar olan TUSİAB-a bağlı şirkətlər bu pulun neçə faizini xaricdən gətirib, ölkəmizə yatırıblar? Araşdırılsa görüləcək ki, Gülənin missionerləri Azərbaycana ayaq basanda yamaqlı şalvarlarla gəlmişdilər. Yamaqlı şalvar geymək heç də ayıb deyil. Ancaq Bakıya gəldiklərində ev tutmağa gücləri olmayan, bizim Türkə olan sevgimizlə burada ayaqda dayanan, güclənən insanların bizə minnət qoymağa da haqqı yoxdur”.
Qeyd edək ki, Gülən camaatı Azərbaycanda bütün biznes sahələrində yerləşdirilib. Onların arasında heç kimin bilmədiyi və xüsusən ticarət sahəsində çalışan çoxlu sayda kiçik iş adamları mövcuddur. Böyük gəlirlər əldə edən və daha çox təlabatı artan sahələri əhatə edən bu iş adamları Gülənin Azərbaycanda əsas maliyyə qaynağı olaraq bilinir. Bbarədə araşdırmamız davam edir və növbəti yazımızda Gülənin Azərbaycadakı “biznes imamı” Sərraf Nəzərovun nəzarəti altında çalışan xırda görünsə də, böyük gəlirlər əldə edən bir sıra iş adamlarının şok isimlərini ictimaiyyətin diqqətinə çatdıracağıq.
Bizi izləməkdə davam edin.
Yazıda adı keçən şəxs və qurumların mövqeyni dərc etməyə hazırıq.
anaxeber.info