Bakıda BİABIRÇILIQ! Ana azyaşlı qızını mağazada qoyub qaçdı + FOTOLAR

16-08-2016, 14:22   
Bakıda BİABIRÇILIQ! Ana azyaşlı qızını mağazada qoyub qaçdı + FOTOLAR
Bakıda ana azyaşlı qızını mağazada işləyən tanımadığı qadının yanında qoyaraq, qaçıb.

BiG.AZ xəbər verir ki, bu barədə həmin mağazada işləyən qadının tanışı məlumat yayıb.

O qarşılaşdığı ürək dağlayan hadisəni belə şərh edib:

"Bu gün ağır gün keçirtdim.... Bilmirəm hisslərimi necə, hansı sözlərlə düzgün ifadə edim ..Bilmirəm... Sifarişimlə bağlı tanış bir dükana girdim. Xeyli söhbət etdikdən sonra gördüm ki, balaca, 2 yaşında körpə qız yanında qısılıb qalıb. Tanışımdan uşağı soruşduqda " 21 gün öncə bir qadın gəldi ki, çantam o biri mağazada qalıb, uşağı tut gəlirəm".

Tanışım bildirdi ki, körpəsini qoyan ana o gedən gedib.

Bu cümlələri eşidəndə yer ayağımdan qopdu. Məni tanıyanlar bilir ki, mən körpələrə və yaşlılara qarşı çox həssəsam. Qeyriixtiyari körpəyə sarıldım. Körpə saçımı iyləyib boynuma sarıldı.
Onunla xeyli vaxt keçirtdik, gəzdik, oynadıq. Ayrılanda da dalımca ağladı. Ona 21 gün baxan tanışıma öyrəşib.Xanım körpəyə sahib çıxmaq istəyir".

Qeyd edək ki, anası tərəfindən tərk edilən qız övladı polisə təhvil verilərək uşaq evinə veriləcək./sonxeber/


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.