Qonşusu ac , özü tox yatan İcra Başçısı – Hacı Mərdan Camalov (VİDEO)

17-08-2016, 10:01   

Qonşusu ac , özü tox yatan İcra Başçısı – Hacı Mərdan Camalov (VİDEO)

Dünən axşam saatlarında redaksiyamıza bir məlumat daxil oldu. Məlumatda , qonşusunun acınacaqlı vəziyyətdə yaşamasına dözməyən bir xanım bildirirdi ki, Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi 71 ünvanında yaşayan xəstə,kimsəsiz ata və oğul var. Onların vəziyyəti olduqca ağırdır. Yaşadıqları yer isə xarabalıqdan seçilmir. Qışda qarın,suyun içində yaşayan bu sakinlərin vəziyyətiylə maraqlanıb işiqlandırmağımızı rica edən xanım , bununla yanaşı müvafiq orqanlara da üz tutmağımızı istədi. Bizdə sözügedən əraziyə ezam olunaraq ora baxış keçirmək qərarına gəldik. Qarşılaşdığımız mənzərə isə sözün əsl mənasında dəhşət idi. Bizi qapıda ev sahibinin oğlu Rahib Quliyev qarşıladı. Gəlməyimizin məqsədindən xəbərsiz olan xəstə oğul içəri keçib atasına xəbər verdi. Lakin, ev sahibi Quliyev Şirzad Mövsüm oğlu yataq xəstəsi olduğundan ayağa qalxa bilmirdi. Bir təhər özünü ələ alan Şirzad kişi öz acınacaqlı və ürək dağlayan vəziyyətindən danışdı. Söhbət əsnasında olan dialoqumuzu olduğu kimi sizlərə təqdim edirik :

Şirzad Əmi Allah şəfa versin.
Sağol oğlum nəyə görə gəlmisiz ? Mən biraz belə şeylərdən anlamıram hardan gəlmisiz ?
Şirzad əmi biz Hədəf TV -dən gəlmişik. Sizin vəziyyətiniz barədə bizə məlumat daxil olub. Gəldik ki, işiqlandıraq.
Ehh bala, onsuzda düzəldən deyillər,onlar öz ciblərini güdən insanlardı. 1972 -ci ildən bəri bu evdə yaşayırıq. Görürsüzdə vəziyyətimizi ,yatdığım yerə baxın. Xəstə əlil adamam. Oğlumda əlildi. Bizə baxan yoxdu elə bil ki, belə bir vətəndaş yoxdu dünyada. 80 manat sosial yardım verirlər . O,da kamunal xərcləri ancaq ödəyir heç yeməyə çatmır . İndi də acam. Arada qonşularımız gəlir onlar pul verirlər. Sizdə özünüzü yormayın bala başınıza dönüm . Mən onsuzda ölüb gedənin biriyəm. Heç kim bu dünyadan heç nə aparmır.
Şirzad əmi vurğuladın ki, 80 manat sosial yardım alırsan. Bəs müvafiq orqanlar sizin vəziyyətinizlə maraqlanmır ?
O vaxtı İcranın müavini gəldi . Şəfayət müəllim sağolsun mənə sosialı çıxartdırmaqda kömək oldu. Amma başqa heçnə etmədilər.
O vaxtdan sizinlə maraqlanan olmayıb ?
Yox oğul yoxdu. Gəlməyinə gəlmisiz gəlin çəkin. Televizorumuzda yoxdu ki, bizi harda göstərəcəksiz baxaq …
Söhbətimizdən vəziyyətin nə yerdə olduğunu anladınız yəqin. Bu kimsəsiz insanlarla maraqlanan yoxdu. Və Şirzad kişinin sözlərindən dəfələrlə aldandığı və artıq ümidlərini hər şeydən üzdüyünü anlamaq,hiss etmək olurdu.

Əsas maraqlı faktlardan biri isə bu ünvan Şirvan Şəhər icra başçısı Mərdan Camalovun qaldığı küçədir. Bu anda yada Məhəmməd Peyğəmbərimizin (c.a.v) sözləri yada düşür :

“Qonşusu ac olduğu halda özü tox yuxuya gedən adam bizdən deyil ”

Bu qədər mülkə, var dövlətə sahib olan başçısı , nəin ki, Şirvan sakinlərinin ,heç öz evinin arxasında qalan qonşusunun vəziyyətindən belə xəbərdar deyil.

Məsələylə əlaqədar olaraq Şirvan şəhər icra hakimiyyətinin birinci katibi Samit Abıyevlə əlaqə saxlamaq istədik amma bizə nə cavab verən oldu nə də məsələyə fikir bildirən. Bizdə Allahdan ümid kəsilməz deyib ev sahibinə ürək -dirək verməklə yanaşı əlimizdən gələn köməkliyi edəcəyimizə , bu məsələyə dair bütün adiyyatı orqanlara üz tutacağımıza söz verdik .
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.