İstanbulda atışma: Azərbaycanlı iş adamı yaralandı, sürücüsü öldü - FOTO

18-08-2016, 08:38   
İstanbulda atışma: Azərbaycanlı iş adamı yaralandı, sürücüsü öldü - FOTO
Azərbaycanlı iş adamı Türkiyədə hücuma məruz qalıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib. Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı "90 ND 011" nişanlı avtomobillə ayrılan azərbaycanlı iş adamı bir avtomobillə otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. Nəticədə iş adamı Rövşən Əliyev və adı hələlik məlum olmayan sürücü yaralanıb. na hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. Əraziyə çoxlu sayda polis və təcili yardım gəlib. Rövşən Əliyev və sürücüsü xəstəxanaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb. Polis cinayətkarların axtarışına başlayıb.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.