Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qeyd edək ki, bunu yerli KİV-lərə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. azərbaycanda Gülən şəbəkəsinə bağlı vəzifəli şəxslərdən və dövlət qurumlarından söhbət gedərkən ilk ağla gələnlərdən biri də “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovdur. Bununla bağlı cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub və həmin məlumatlardan belə aydın olur ki, 2011-ci ilin fevral ayında Qorxmaz Hüseynov “Azərsu” ASC-yə sədr təyin olunduqdan sonra “Azərsu”ya türk iş adamlarının axını başlayıb.
“Azərsu”nun iqtisadi durumu və büdcəsi təhlil olunduqdan sonra Gülən şəbəkəsinin “Azərsu” nümayəndəliyi yaranmışdır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə həmin nümayəndəliyə FETÖ tərəfindən, Q.Hüseynovun baş müşaviri təyin olunan Tofiq Coşku rəhbərlik etmiş və “Azərsu”ya FETÖ-nün kadrları yerləşdirilməyə başlanmışdır. FETÖçülərın bu qurumdakı sayı 150 nəfərə çatmış və bunun nəticəsi olaraq, “Azərsu”da uzun illər çalışmış, Azərbaycan dövlətinə, xalqına vicdanla xidmət etmiş şəxslər heç bir səbəb olmadan qurumdan azad edilmişdir. Onların vəzifələri çox yüksək əmək haqqı verilməklə, Türkiyədən gələn Fetoçu mütəxəssislərə rəva bilinmişdir.
Bütün bunlar azmış kimi, “Azərsu”da büdcə müəyyənləşməsindən sonra FETÖçü şirkətə dəvət olunmuş və bir sıra iri layihələr həmin şirkətlərə həvalə edilmişdir. Həmin şirkətlərin ən böyüyü “Lotos” şirkətidir. Bu şirkətin prezidenti Ənvər bəy ölkəmizə dəvət olunmuş, onunla iş bölgüsü aparılmış, paylar müəyyən edilmiş, iri həcmli tender müqavilələri bağlanmış, “Lotos” şirkəti “Hidro Lotos” adlandırılaraq birgə müəssisəyə çevrilmiş və ortaqlar müəyyən olunmuşdur. Həmin ortaqlardan biri də Qoxmaz Hüseynovun qaynı Natiq bəydir. “Lotos” şirkətinin nəzdində bir neçə müəssisə yaradılmış və ən böyük layihə, yəni Ceyranbatan təmizləyici qurğu ilə bağlı işlər bu müəssisələrə tapşırılmışdır. İlkin smeta dəyəri 180 milyon manat olsa da, sonradan bu məbləğ artırılaraq 250 milyon manata çatdırılmışdır. Əslində isə o qurğuya cəmi 80 milyon manat pul xərclənmişdir. Qalan çirkli pullar Türkiyə şirkəti olan “Hidro Lotos”a göndərilib, orada yuyulub, FETÖya ötürülmüşdür.
Bu gün FETÖnün Azərbaycanda təkcə bağ evi yox, həmçinin Qorxmaz Hüseynov tərəfindən verilmiş bir çox iri müəssisələri – “Tosoil” yanacaqdoldurma məntəqəsi, heyvandarlıq fermaları və s. vardır. Bundan əlavə, cumhuriyyet.az-a daxil olan məlumata görə, Türkiyədə də bir sıra iri obyektlər “Azərsu” şefi tərəfindən Fetoya hədiyyə olunmuşdur. Hətta, Q.Hüseynovun qardaşı Faiq Hüseynov tərəfindən şərti adı T.C.F.Q. olan, dəyəri 25 milyona yaxın Kater də həfiyyə olunmuşdur.
Onu da qeyd edək ki, Q.Hüseynov Türkiyəyə dəvət olunan zaman Fetonun tapşırığı ilə “Lotos” şirkətinin prezidenti Ənvər bəy öz təyyarəsi ilə Bakıya gəlib, Qorxmaz Hüseynovu və ona yaxın digər bir qrup şəxsi özü ilə Türkiyəyə aparıb. Orada görüləcək işlərin proqramı geniş şəkildə müzakirə edilib.
Hətta, Q.Hüseynovun oğlu Araz Hüseynov heç bir imtahan vermədən FETÖnun universitetində təhsil almağa başlamışdır. Eyni zamanda, “Azərsu”da rəhbər vəzifədə işləyən bir çox məmurların övladları da FETÖnun universitetlərində təhsillərini davam etdirmişdir. Təhsil ilə bağlı ödənişlər heç bir əsas olmadan “Azərsu” tərəfindən həyata keçirilmişdir.
Türkiyədə Ərdoğanın prezident seçilməsindən sonra Azərbaycanda olan Fetoçuların siyahısı Azərbaycan hakimiyyətinə təqdim olunmuş və həmin vaxt “Azərsu”dakı FETÖçu Tefik Coşku H.Əliyev adına hava limanında saxlanılaraq, Türkiyəyə departasiya olunmuşdur.
Çingiz Coşqun, Cumhuriyyet.az
P.S.
Növbəti yazımızda “Azərsu” prezidentinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov, digər müavinlər İlqar Tağıyev, Köçəri Həsənov və başqalarının iştirakı ilə bağ evində keçirilən toplantı barədə söhbət açılacaq. Qeyd edək ki, toplantı Köçəri Həsənova məxsus bağ evində keçirilib