Ötən gecə İstanbulda silahlı hücuma məruz qalan azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski dünyasını dəyişməyib, o, hazırda İstanbul Şişli Etfal Xəstəxanasında reanimasiya şöbəsindədir.
Bu açıqlamanı lent.az-a Şişli Etfal Xəstəxanasından veriblər. Telefonumuza cavab verən xəstəxana əməkdaşı bildirib ki, ötən gecə xəstəxanaya gətirilən azərbaycanlı yaralı ölməyib və hazırda reanimasiyadadır: "Mən xəstəni az öncə görmüşəm, o ölməyib, reanimasiyadadır".
Xəstəxanadakı polislərdən də hadisə ilə bağlı məlumat almağa çalışsaq da, polis əməkdaşları istintaq sirri olduğu üçün heç bir açıqlama vermədilər.