Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsini gətirən təyyarə artıq Lənkəran hava limanına enib.
Musavat.com xəbər verir ki, Lənkəranlı iş adamı Mübariz Mənsimovun təyyarəsi ilə gətirilən cənazə yaxın dəqiqələrdə ailəsinə təhvil veriləcək.
****
Musavat.com xəbər verir ki, Rövşən Lənkəranskinin cənazəsini gətirən təyyarə artıq Lənkəran Beynəlxalq Hava Limanına enib.
Mərhumu qarşılamağa hava limanının qaşısına hazırda çoxlu sayda insan toplaşıb.
Əlavə məlumat verəcəyik.
****
Tanınmış kriminal - avtoritet Rövşən Lənkəranskinin cənazəsini Lənkərana gətirəcək olan təyyarə bu dəqiqələrdə uçuşa hazırlanır.
Musavat.com xəbər verir ki, təyyarənin saat 00.00 radələrində Lənkəran Beynəlxalq Hava Limanında enəcəyi gözlənilir.
Xatırladaq ki, tanınmış avtoritet Rövşən Lənkəranskinin cənazəsi şəhərin Kiçik Bazar məscidində yuyulduqdan sonra vidalaşmaq üçün ata evinə aparılacaq.
Musavat.com