Bu şəbəkə iş adamlarının ölkəyə giriş-çıxışına də əngəl olurmuş
Hökumətin riyakarlığı, qeyri-səmimiliyi hər gün bir az da ifşa olunur. Faktlar bolluğunda yalançı arqumentlər düzəltmək mümkünsüzləşir. Çevriliş cəhdi zamanı susqunluq nümayiş etdirən Azərbaycan hakimiyyəti bu rüsvayçılığın altından manevrlərlə çıxmaq istəyir. Türkiyə Azərbyacan hakimiyyətindən “Gülənçilər”ə qarşı mübarizə aparmağı tələb edir.
Yəni hakimiyyəti fakt qarşısında qoyublar ki, həqiqi qardaş olduğunuzu sübut edin. Hökumət isə həqiqi gülənçilərlə mübarizədə maraqlı deyil. Çünki, bu şəbəkə hökumətin içində də güclüdür. Ona görə də demokratik düşərgəni hədəf seçiblər və məsələyə aidiyyəti olmayan adamları “Gülənçi” kimi Türkiyəyə təqdim etmək istəyirlər. Ötən yazılarımızda da bildirmişik ki, Türkiyəni aldatmaq mümkün olmayacaq. Çünki, çevriliş cəhdinə görə həbs olunanlar arasında SOCAR-ın əməkdaşları var, SOCAR-ın “Gülənçilər”i maliyyələşdirməsiylə bağlı Türkiyə mətbuatında yazılar dərc olunub.
Amma hökumətin yalançı “antiGülənçi”liyini yeni iddialar da ifşa edir. Belə ki, Türkiyədə məhkəmə proseslərindən birində Fətullah Gülənin Azərbaycanda necə kök atdığı, hətta burada iş adamlarına “haqq” qoyduğu haqda ilginc məlumatlar səslənib. Istanbulda 14-cü Ağır Cinayətlər Məhkəməsində Türkiyənin ictimi-siyasi fəallarından biri, Insani Yardım Vəqfinin könüllülərindən olmuş iş adamı Hüseyn Böyükfırat Gülən camaatına 2 trilyon lirə məbləğində (köhnəÿpulla) yardım etməsi iddiası iləÿbağlı ifadəÿverib. Ifadəsində o, Azərbaycanı Gülən hərəkatının ən güclü olduğu ikinci ölkə adlandırıb: “Fətullah Gülən 2003-cü ildəÿAzərbaycana girişimi bağlatdırdı. Hava limanında Daxili Işlər Nazirliyininÿəməkdaşları gələrək, çox mədəni şəkildəÿbildirdilər ki, biz sizi yaxşı tanıyırıq, sizinləÿbir problemimiz yoxdur, amma sizin Türkiyəyə getməyiniz lazımdır. Mən dəÿqayıtdım Türkiyəyə. Daha sonra etibarlı qaynaqlardan aldığım məlumatlardan aydın oldu ki, şəxsən Fətullah Gülən göstəriş verib ki, onu oradan göndərin”- deyə Hüseyn Böyükfırat bildirib.
O həmçinin bildirib ki, Gülənçilər ondan “haqq” istəyib. Hətta 2009-2010-cu illərdəÿkollec açdığı üçün kirayələdiyi yeri “gülənçilər” daha çox pula özləri kirayələyiblər.
Bu ifadələrdən də aydın görünür ki, Gülən şəbəkəsi Azərbaycanda nəinki mövcuddur, hətta söz sahibidir. Bu şəbəkə iş adamlarından “haqq” istəyə bilirsə, kimlərinsə ölkəyə giriş-çıxışına əngəl törədirsə, deməli, kifayət qədər hökmə sahibdilər. Bu da sirr deyil ki, belə bir gücə sahib olmaq üçün hökumətin ən yüksək dairələri ilə sıx əlaqə olmalıdır.
Yaxşı olar ki, aidiyyəti qurumlar, şəxsən ölkə başçısı bu məsələlərə izahat versin. Ölkədə “Gülən şəbəkəsi” bu qədər söz sahibinə çevrilib, iş adamı bunu açıq etiraf edir, hökumət isə müxalifət liderini “Gülənin adamı” kimi təqdim edir.
Belə çıxır ki, AXCP sədri Əli Kərimli kimlərinsə ölkəyə gırış-çıxışını əngəlləmək, iş adamlarından pul tələb etmək, ölkədə saysız-hesabsız obyektlərə sahib olmaq iqtidarındadır? Nə hikmətdirsə, uzun illərdi pasport ala bilməyən, partiyası qərargahsız qalan, partiyasının üzvləri həbsdə olan Əli Kərimli böyük bir şəbəkənin söz sahibiymiş.
Göründüyü kimi, hökumətin fantaziyası həddindən artıq tükənib, bağça uşaqlarının belə ironiya ilə qarşılayacağı arqumentlərdən sallaşıblar.
Məsələnin ciddi tərəfi isə budur ki, türkiyəli iş adamı Azərbaycanı “Gülən şəbəkəsi”nin ən güclü olduğu ölkə hesab edir.
Əgər hökumətin bu şəbəkə ilə sıx əlaqəsi yoxdursa, bunu sübut etmək üçün əməli addımlar atılmalıdır. Əgər bu addımlar atılmırsa, bu o deməkdir ki, Fətullah Gülən Azərbaycanda Ilham Əliyevdən daha çox hökmə sahibdir. Ya da hökumət bütövlükdə bu şəbəkə ilə qaynayıb-qarışıb və məslənin obyektiv araşdırılmasının tam ifşayla nəticələnəcəyindən əmindilər. Ona görə də demokratik düşrəgəyə böhtan atmaqla Türkiyəyə qarşı xəyanətlərini gizlətmək istəyirlər.
Istənilən halda məlum olan budur ki, Azərbaycanda istənilən qüvvəyə “at oynatmaq” imkanı tanınır, təkcə Azərbaycan xalqından başqa. Kim olursan ol, əsas odur ki, hökumətin maraqlarına cavab ver.
Hökumət komandası isə hələ də susur. Amma bunun xeyri olmayacaq, Türkiyədəki məhkəmə prosesləri Azərbaycan hakimiyyətinin məkrli planlarını üzə çıxarmaqda davam edəcək.