Azərbaycan səhiyyəsinin acınacaqlı durumu Avstriya mediasında…

19-08-2016, 09:21   

«Venesuelalılar səhiyyə xərclərinin 65 faizini öz cibindən ödəyir, Azərbaycan və Əfqanıstanda vəziyyət daha pisdir»

Avstriyanın “Der Standard” qəzeti Azərbaycanda səhiyyə sisteminin vətəndaşları “soymasından” yazır. “Venesuela hospitalları” başlıqlı məqalədə əsasən bu ölkədə səhiyyə sistemindəki bərbad durumdan, vətəndaşların yalnız öz hesablarına müayinə və müalicə olunmasından bəhs edilir. Amma o da qeyd olunur ki, bu vəziyyətlə Venesuela səhiyyəsi yalnız Azərbaycan və Əfqanıstandan geri qalır. Yəni bu ölkələrdə vəziyyət daha da pisdir. Məqalənin tərcüməsini təqdim edirik:

***


Bir vaxtlar Latın Amerikasında flaqman gəmisini uşaq xəstəxanasına çevirdilər. Indi bu xəstəxana təxminən yarım milyon xəstəyə xidmət edir. 17 illik sosializmdən sonra Venesuelanın paytaxtı Karakasın mərkəzindəki De los Rios uşaq xəstəxanasının vəziyyəti acınacaqlıdır. 2 ildir söz verilir ki, təmir olunacaq. Xəstəxananın apteki kanalizasiya borusunun partlaması səbəbindən rentgen otağına köçürülüb. Xəstəxana labirintə bənzəyir.

“Hətta biz həkimlər də axtardığımızı tapa bilmirik”, – Huniades Urbina zarafatla deyir. O, son zamanlara – burdakı dəhşətli vəziyyəti tənqid edənə qədər xəstəxananın müdiri idi.

Mətbuata xəstəxanalara daxil olmağa icazə verilmir. O, qəzəblə deyir: “Biz neft satışından milyardlar əldə etmişik, ancaq indi xəstələr ölümə tərk edilib!”

60 yaşlı xəstəxana uzun illər əvvəl sıfırdan bərpa olunmalı idi, ancaq adi təmir işləri belə görülməyib. Üç liftdən sadəcə biri işləyir.

2005-ci ildə uşaq ölümləri minimum səviyyəyə – hər 1000 nəfər hesabı ilə 13-ə düşmüşdü, indi isə bu göstərici 17.6-dır.

“Əvvəllər burada 146 əczaçılıq labaratoriyası var idi, indi 100-ü bağlanıb”, – keçmiş səhiyyə naziri Feliks Oletta deyir.

Vaksin, kontraseptiv və antibiotiklərin qıtlığı müşahidə olunur. Malyariya kimi epidemiyalar sürətlə yayılır. 1961-ci ildə Venesuela ilk ölkə idi ki, Dünya Səhiyyə Təşkilatı onun şəhərlərini malyariyadan azad şəhərlər kimi təsdiq etmişdi. Sosialist hökumət konstutusiyada vətəndaşların səhiyyə hüququnu təsbit etmişdi, ancaq neftin qiymətlərinin düşməsi ilə hökumət pis vəziyyətdə qaldı. Dərman, ərzaq və təchizatların idxalı üçün hökumətin pulu tükənir. Idxal mallarını dövlətin qiymət və valyuta nəzarətindən dolayı qara bazardan almaq mümkün olacaq. Aparılan tədqiqata görə, bu gün venesuelalılar səhiyyə xərclərinin 65 faizini öz cibindən ödəyir. Bu baxımdan vəziyyət Azərbaycan və Əfqanıstanda daha pisdir.

Venesuela sanitar fəlakətə sürüklənir. Parlament müxalifət tərəfindən idarə olunur. Ancaq Ali Məhkəmə sosialistlərin əlindədir deyə, ölkəyə beynəlxalq humanitar yardımın daxil olmasına imkan verilmir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.