“Mətanət A” şirkətinin Gülənçi rəhbəri prezidenti necə aldadıb? – VİDEO

21-08-2016, 08:43   

Bu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak etmişdi. Şirkətin rəhbəri Elxan Bəşirov Prezidentlə üz-üzə dayanıb ağ yalan danışıb, hələ üstəlik işçilərini də bu yalanı təsdiqləməyə vadar edib. Yenilik.Az xəbər verir ki, “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov şirkət barədə məlumat verib. Dövlət başçısı Yeni Ağdağ gips zavodunda istehsal ediləcək məhsullara baxıb, Yeni Ağdağ gips zavodunu işə salıb. Bundan sonra isə Prezident zavodun işçiləri ilə söhbət edib:
İlham Əliyev: Maaş da yaxşı verirsiniz?
Elxan Bəşirov: Orta aylıq əməkhaqqı 600 manatdır.

Halbuki aldığımız məlumata görə, “Mətanət A” şirkətində orta aylıq əmək haqqı 170-200 manatdır. Ola bilsin şirkət rəhbəri özünə və qardaşlarına bu qədər maaş yazdırır, amma şirkətdə nəinki 600, heç 400 manat maaş alan işçi yoxdur.(yenilik.az)

Ümumiyyətlə “Mətanət A” şirkətinin adı vaxtaşırı yerli mətbuatda neqativ planda xatırlansa da, bu günlərdə şirkət rəsmilərinin “Xidmət Hərəkatı” ilə əlaqələri haqda ilk dəfə məlumatlar yayılıb. Buna qədər “Mətənat-A” rəhbərlərinin Fətullah Gülən şəbəkəsinə bağlılığı haqda hər hansı bir məlumatlar yox idi. Cumhuriyyet.az olaraq bu günlərdə mediada dərc olunan həmin iddialı materialı olduğu kimi diqqətinizə çatdırırıq: “Şirkət rəhbərliyi illərlə özünü Azərbaycanın nüfuzlu generallarından birinin qohumu kimi qələmə verirdi. Gələn məlumatlar onu söyləməyə əsas verir ki, əslində şirkət rəhbərliyinin gücü Türkiyədə şəbəkələşmiş FETÖ-çülərlə əlaqələrə söykənirmiş.
F.Gülən şəbəkəsinin əsas özəlliklərindən biri gizliliyin çox ciddi şəkildə qorunmasıdır. Elə bu gizliliyi təmin etmək üçün “Xidmət Hərəkatı”nın üzvlərinə ifşa olunmamaları üçün istənilən addımı atmaq, yerli hakimiyyətlərin yanında yer almaq, hətta lazım gəlsə, Fətullah Gülən əleyhinə danışmağa, bu topluma məxsus bütün dəyərlərdən imtina etməyə icazə verilir. Təşkilatdan kimsə ifşa olunarsa, “Xidmət Hərəkatı”nın ciddi ziyan görməməsi üçün Pensilvaniyaya bağlı çoxlu sayda şəbəkələr qurulur və onların biri digərindən xəbərsiz olur”.
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.