Evli kişinin qaçırdığı 17 yaşlı nişanlı qız tapıldı - Amma... (Foto)

21-08-2016, 12:41   
Evli kişinin qaçırdığı 17 yaşlı nişanlı qız tapıldı - Amma... (Foto)

2 gün öncə Cəlilabad rayonunun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qız tapılıb

Politika.Az xəbər verir ki, qızın yaxınlarının qafqazinfo-ya verdiyi məlumata görə, o, hüquq-mühafizə orqanları tərəfindən tapılaraq polis bölməsinə gətirilib.

Amma tapılan qızın ailəsi bu məsələdən narahatdır:

"Bizə deyirlər ki, qızın artıq 16 yaşı olub və onu sizə təhvil verə bilmərik. Guya, qız özü nəticə çıxararaq ailəsi ilə qalıb-qalmamaq haqda qərar verməlidir. Bizə qızımızla görüşməyə icazə vermirlər. Axı qanunvericilikdə belə bir şey yoxdur, onun 18 yaşı tamam olmayıb ki, qərar versin. Qız tapılan kimi bizə verilməli idi. Bəlkə elə ona təzyiq olunur?! Bəlkə onun beyninə salırlar ki, "səni bundan sonra heç kim qəbul etməz?!””

Polis orqanları hələ ki, qızın verdiyi qərarı ailəsinə açıqlamayıblar.

Nişanlı qızı qaçıran kişinin fotosunu təqdim edirik:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.