Bakıda bir nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən cinayət hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 21-də Binəqədi qəsəbəsində yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Nəticədə Anar hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.
Araşdırma aparılır.
Murad Əhməd