Lənkəranski üçün gözlənilən qətlin tarixçəsi: Qərb, yoxsa “Şakro Molodoy”?

23-08-2016, 09:40   
Lənkəranski üçün gözlənilən qətlin tarixçəsi: Qərb, yoxsa “Şakro Molodoy”?


Lənkəranski üçün gözlənilən qətlin tarixçəsi: Qərb, yoxsa “Şakro Molodoy”? Emil Salamoğlu yazır
1999-cu il. Aslan Usoyanla Abdulla Öcalan Moskvada görüşür. Suriyanın paytaxtı Dəməşqi tərk edən PKK liderini Rusiya paytaxtında həmyerlisi, yeraltı dünyanın yezidi kürdü olan “Ded Xasan” qarşılayır. Öcalan Usoyanın evində 4 gün qonaq olur…
Ondan qabaq, cəmi bir gün Vladimir Jirinovskinin evində qalan Öcalan müəmmalı qarşıdurmaya görə evdən getmiş və Usoyana sığınmışdı. Sonra İtaliyada olduğu illərdə də “Ded Xasan” PKK liderinə dost əlini uzadır – ona 4 milyon dollar çatdırır.
***
Bu gəzib-dolaşan informasiyalar nəhayət, 2010-ci ildə Vikiliks “zəlzələsi” zamanı təsdiqini tapdı. Vikiliks sənədlərində Öcalanla “Ded Xasan”ın silah ticarətində adı keçirdi. Qanuni oğru dünyasının adlı-sanlı avtoriteti PKK-ya silah yardımı edirmiş.

Lənkəranski üçün gözlənilən qətlin tarixçəsi: Qərb, yoxsa “Şakro Molodoy”?
Prokuror Xose Pepe Qrinda Rusiyanın PKK-nı Türkiyəyə qarşı silahlandırdığını və İspaniyada həbs olunan “Gənc Şakro”nun silahların keçirilməsində əsas təşkilatçı olduğunu açıqlayır. Amma ispan prokurorun çıxışı nə Türkiyə, nə Rusiyanın tükünü tərpədir, ikitərəfli münasibətlərə də kölgə salmır.
“Şakro Molodoy” ləqəbli Zaxar Kalaşov A.Usoyanın sağ əli kimi tanınır. O, 2006-cı ildə İspaniyada həbs olunmuşdu. Bu məqama bir qədər sonra yenidən qayıdacağıq…
Beləliklə, “Ded Xasan”ın restorandan çıxarkən qətl edilməsindən sonra da PKK-nın silahla təmin edilməsində “Şakro Molodoy”un önəmli fiqur kimi qalması istisna edilmir. Silah varsa, PKK var, Qəndil var, Öcalanla gizli əlaqələr var deməkdir…
Və bu səxavətinə görə Qəndil rəhbərliyi “Şakro Molodoy”un yaxşılığını unutmaz, mükafatsız qoymaz, onun qulluğunda hər zaman hazır olar. Buyurun, Lənkəranski üçün PKK-nın İstanbul qanadı əmrə tabedir!!!
Lənkəranski ilə maşında güllələnən azərbaycanlının kimliyi məlum oldu
***
Lənkəranski üçün gözlənilən qətlin tarixçəsi: Qərb, yoxsa “Şakro Molodoy”?
Rövşən Lənkəranski əfsanəsi bitdi, yaxud yarımçıq qaldı. Nüfuzlu avtoritet yeraltı dünyasında möhürünü qoyaraq xalqın çiyinlərində son mənzilə yola salındı. İndi qətlin sifarişçisinin kimliyi haqda versiyalar bir-birini əvəzləməyə, geosiyasi hadisələrlə əlaqələndirilməyə başlanıb. Absurd dibə qədərdir.
Hətta absurdluq o həddədir ki, Həmid Herisçinin pirlərdən, ziyarətgahlardan hazırladığı konspiroloji süjetlər daha inandırıcı nağıldır, nəinki Lənkəranskinin qətlində Qərb izi axtarmaq, Rusiya-Türkiyə-Azərbaycan yaxınlaşmasına bağlamaq. Yaxşı ki, məsələni Fətullah Gülən hadisələrinə calamayıblar.
Rusiyanın lotusu Putin, Türkiyənin Ərdoğandır və kriminal avtoritetlərin siyasi-iqtisadi proseslərdə iştirakı çox kənardan, merkantil müstəvidə mümkündür. Üstəlik, onların ticari maraqları iri korporativ proyektlər, geoiqtisadi layihələr miqyasına qalxmır.
Məsələn, “türk axını” layihəsinin gerçəkləşməsi və Qərbin maraqlarına uyğun olan NABUCCO projesinin dəfn olunmasının Lənkəranskinin qətli ilə nə kimi əlaqəsi ola bilər?
“Hamı bilirdi ki, Rövşəni həmin oteldə tapmaq olar…” – Səbəb açıqlandı
***
Lənkəranski üçün gözlənilən qətlin tarixçəsi: Qərb, yoxsa “Şakro Molodoy”?
H.Herisçi yazır ki, Rusiya-Azərbaycan yaxınlaşmasına görə Qərb qonşu ölkədəki bazarlarımızı, iqtisadi dayaqlarımızı laxladıb. Konspirologiyanın “vor zakon” dünyasında işlədilməsi uğurlu variantdır və Herisçi kimi mütaliəli, istedadlı müəllifin də bundan istifadə etməsi yerinə düşüb.
Ancaq nə dərəcədə uğurlu alınıb demək çətindir. Axı Rusiya-Azərbaycan uzaqlaşması nə zaman oldu ki, indi yaxınlaşması kimi assosasiya edək və Qərbin bundan qıcıqlandığını deyək?
Kreml-Bakı münasibətləri yayın qızmarında, qışın sazağında, seçkinin əvvəlində və axırında, bütün iqtisadi layihələrdə Moskvanın mövqeyi nəzərə alınaraq formalaşıb. Bu isti əlaqələrə görə rəsmi Bakı Vaşinqtonun üstündən tapdalayıb keçməyib də, xətrinə dəyəcək jesti olmayıb da.
Ümumiyyətlə, rəsmi Bakının Vaşinqtonla arasından “pişik keçdiyi” haqda illərdir deyilən və yazılanlar, bəzi boşboğaz politoloqların rəyləri mifdir. İkitərəfli münasibətlərdə heç bir anlaşmazlıq, soyuqluq və uzaqlaşma yoxdur.
Lənkəranski üçün gözlənilən qətlin tarixçəsi: Qərb, yoxsa “Şakro Molodoy”?
Kremlə nə qədər yaxınlaşma varsa, bir o qədər də Ağ evdən uzaqlaşmamaq var. Lənkəranskinin qətlində də belə bir geostrateji versiyalar axtarmaq özünü yormaqdır.
O ki qaldı azərbaycanlıların Rusiyadakı bazarlarına, hər halda o meydan boş saxlanmayacaq. Lotu Bəxtiyarın, Masallı Mamedin, sabirabadlı Hikmətin ölümündə Qərb-Rusiya-Türkiyə geosiyasi kataklizmləri axtarmayıb, Lənkəranskidə konspiroloji rəvayət yazmaq Herisçi təxəyyülünün “sabun köpüyü”nə çevriləcək məhsuludur.
Bu qətl sadəcə, oğru dünyasında heç vaxt səngiməyən çəkişmələrin ən ağır raundu idi və yeraltı dünyasının son illərdəki ən nüfuzlu mafiya liderinin aradan götürülməsiydi.
İllərlə susan alimlərin də evi dağıdıldı – REPORTAJ
***
Bütün izlər “Şakro Molodoy”a aparır. Hazırda etibarlı informasiya mənbəyi kimi Rusiya mətbuatına istinad etməkdən başqa çarə qalmır. “Rosbalt.ru” agentliyi aprel ayından “Molodoy Şakro” haqda yazır.
Lənkəranski üçün gözlənilən qətlin tarixçəsi: Qərb, yoxsa “Şakro Molodoy”?
Ona görə də təkcə Z.Kalaşovun ağsaqqalı olan “Ded Xasan”ın qətlində Lənkəranskinin adı çəkilməsi yox, həm də Moskvadakı bazarlar uğrunda gedən toqquşmalar nəzərə alınmalıdır.
Əgər “Şakro Molodoy” Lənkəranskini “Ded Xasan”ın qisasını almaq üçün öldürmək istəyirdisə, digər tərəfdən burada topdansatış mərkəzlərinə kuratorluq etmək ehtirası vardı.
“Rosbalt.ru” yazıb ki, 2015-ci ildə Moskvadakı topansatış bazarlarına “Şakro Molodoy”un qruplaşmasına daxil olan kriminal avtoritet Vaqif Süleymanov müdaxilələr etməyə başlayıb. “Lənkəranski”nin bazarlarında işləyənlər təhdid olunub.
Buna cavab olaraq V.Süleymanovun böyür-başında olan biznesmen Canbulat Şamiloğlu öldürülür. V.Süleymanovun bazarlarından “Lənkəranski”nin bazarlarına kütləvi axın başlanır. Bu “razborka”lar Rövşənin qətlə yetirildiyi günə qədər davam edir.
Referemdum: hakimiyyətdaxili qrupların savaşı
***
2014-cü ildə İspaniya türməsindən çıxan “Şakro Molodoy” Moskvaya uçur. Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürdüdür.
18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.
1971-1985-ci illərdə bir neçə dəfə həbsxana həyatı yaşayan avtoritet 1989-cu ildə Moskvaya üz tutur. Burada da tezliklə “ulduzu parlayan” Z.Kalaşov digər gürcü “qanuni oğru” Tariel Onianinin (“Taro”) köməyi ilə nüfuz dairəsini genişləndirir.
Lənkəranski üçün gözlənilən qətlin tarixçəsi: Qərb, yoxsa “Şakro Molodoy”?
O, əsasən qeyri-leqal kazino, narkotik və silah alveri ilə məşğul olub. Rusiyada 3 dəfə mühakimə olunandan sonra 2003-cü ildə Z.Kalaşov Onianinin köməyi ilə İspaniyaya yerləşib. Z.Kalaşov burada “Onbirlərin klanı” adlı gürcü-rus mafiyasına rəhbərlik edib.
O, Rusiya və MDB-nin kriminal dairələri ilə ciddi əlaqələr qurub. 2005-ci ildə İspaniya polisi Rusiya mafiyasına qarşı geniş əməliyyat keçirir və bir neçə “qanuni oğru” həbsə alınır. “Şakro Molodoy” gizlənə bilsə də, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək İspaniya hökumətinə təhvil verilir.
‘Referendumdan sonra çox ciddi proseslər baş verə bilər’
***
Mətbuat yazır ki, İspaniyada çirkli pulların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşovun məhkəməsi uzun müddət davam edir. Uzun araşdırmalardan sonra – 2010-cu ilin iyununda Madrid məhkəməsi Kalaşovun 7 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarır.
Bundan sonra onun biznesinə nəzarət uğrunda Oniani ilə “Ded Xasan” klanı mübarizə aparır. Bu çəkişmə “Şakro Molodoy”un Azərbaycanda nəzarət etdiyi bizneslə də bağlı olub. 2006-cı ildən İspaniya həbsxanasında saxlanılan “Şakro Molodoy” öz adamını gizlicə Bakıya göndərir.
Rusiya mətbuatı yazır ki, “Ded Xasan”ın Kalaşovun adamını Bakıya göndərməkdə məqsədi Azərbaycan paytaxtında avtomobil nəzarəti uğrunda “Tora”nın adamlarını zərərsizləşdirmək olub.
Hətta 2008-ci ildə kriminal aləmin liderləri məsələ ilə bağlı Bakıda “sxodka” keçiriblər. Bu məqsədlə Rusiyadan “Krasnodar Bilo” kimi tanınan, “Ded Xasan” klanında yer alan məşhur avtoritet Bakıya ezam edilib.
2014-cü ildə Moskvaya qayıdan “Şakro” özü işlərin başına keçir. Elə 2014-cü ildə rus mediası yazırdı ki, “Şakro Molodoy”un çıxar-çıxmaz ilk işi “Ded Xasan”ın qatilini öldürmək olacaq.
Usoyanın qatilinin Lənkəranski olduğunu inansaq, İstanbuldakı qətldə bütün izlərin Kalaşova apardığını söyləmək olar. Amma…əmması isə hər zaman üçüncü variant da var deməkdir…
P.S. “Düşmənimin düşməni dostumdur” şüarını əldə bayraq tutsaq indi “Şakro” ilə lotu Qulinin əlaqələri yaxınlaşmalıdır. Lənkəranski ilə Qulinin konflikti barədə mətbuat çox yazıb. Quli onun qətli haqda ilk açıqlama verənlərdən olub. Mafiya qanunlarında ölümdən sonra ilk çıxış edənlərdən şübhələnirlər.
P.S.S. Ancaq Qulinin bu qətldə əlinin olması ən sonuncu versiya belə ola bilməz, çox-çox uzaqdadır. Lənkəranskiyə gəlincə, bütün subyektiv müzakirələrə baxmayaraq qanuni oğru dünyasının hər avtoriteti bu cür ehtiram və izdihamla dəfn olunmur…(24saat.org)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.