313 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işi açılıb. Bu haqda “Azadlıq”a onun vəkili Toğrul Babayev məlumat verib. Vəkil xəbəri avqustun 23-də, gecə 23 radələrində alsa da, gec olduğundan, cəzaçəkmə müəssisəsinə bu gün səhər saat 9-da gedib. Purokurorluq əməkdaşları cəzaçəkmə müəssisəsinə buraxılsa da, vəkilin müəssisəyə girməsinə imkan verilməyib. Keçmiş nazirə cinayət işinin hansı səbəbdən və hansı maaddəylə açıldığı məlum deyil.