Qətlə yetirilən məmurun xanımına 18 il 6 ay həbs istənildi

25-08-2016, 09:06   
Qətlə yetirilən məmurun xanımına 18 il 6 ay həbs istənildi
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini, keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli Isgəndərovun qətli üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə aylardır davam edən prosesdə məhkəmə istintaqı başa çatıb. Dünən prokuror çıxış edib.

Qeyd edək ki, bu qətlinÿtörədilməsinə görə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına mərhumun həyat yoldaşıÿXalidə Isgəndərova çıxarılıb. Hərçənd o, sözügedən cinayət işi üzrə 8 ay zərərçəkmiş qismində tanınmış, sonradan qəfildən təqsirləndirilənə çevrilmişdi.

Dövlət ittihamçısı Fərid Nağıyev dünən məhkəmədə çıxışında deyib ki, X.Isgəndərovaya qarşı irəli sürülmüş xüsusi amansızlıqla qəsdən adam öldürmə ittihamı məhkəmə araşdırması zamanı sübuta yetirilib. Prokuror bu əmələ görə ona 18 il 6 ay həbs cəzası verilməsini təklif edib.


Iş üzrə zərərçəkmiş qismində F.Isgəndərovun atası tanınıb. Onun nümayəndəsi isə çıxışında X.Isgəndərovanın qanunda qadınlar üçün nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsini – ona 20 il həbs cəzası verilməsini istəyib.

X.Isgəndərovanın müdafiəçiləri avqustun 26-da keçiriləcək növbəti məhkəmə iclasında müdafiə nitqilə çıxış edəcək.

Xatırladaq ki, F.Isgəndərov 2014-cü il sentyabrın 1-də evinə bitişik qarajda 17 bıçaq zərbəsilə qətlə yetirilib.

X.Isgəndərova özünü təqsirli bilmir və qətlin evə girən maskalı oğru tərəfindən törədildiyini, həmin şəxsin onun özünə və o zaman azyaşlı olan qızına da bıçaqla xəsarət yetirərək, evdəki qızılları, hadisədən iki gün əvvəl böyük qızının toyundan yığılmış pulları tələb etdiyini deyir.

Aytən
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.