36 yaşılı Özlem Çağlar, qızı 17 yaşındakı Sinem Sözeni ov tüfəngi ilə başından vuraraq öldürüb.
“AzPolitika” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Balıkəsirdə, Manyas rayonunda baş verib.
Psixoloji müalicə aldığı bildirilən təhlükəsizlik işçisi Özlem Çağlar, dünən axşam saatlarında evdə olan ov tüfəngini götürərək qızı Sinem Sözenin yatdığı otağa girib. Özlem Çağlar, silahı qızının başına söykəyib tətiyi çəkib.
Özlem Çağlar polis əməkdaşlarına, “Siz niyə gəldiniz, onu oyandırın, işə gedəcəkdi” deyib. Bir aydır ətrafındakı yoldaşlarına intihar edəcəyini söylədiyi ifadə edilən Özlem Çağlar, həbs edilib.