Akif Çovdarov ailəsindən və vəkilindən imtina edib - Görüşmək istəmir...

30-08-2016, 10:23   
Akif Çovdarov ailəsindən və vəkilindən imtina edib - Görüşmək istəmir...
Bir neçə gündən sonra həbsdə olan MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general Akif Çovdarovun məhkəmə prosesi başlayır. Bir sıra ağır cinayətlərdə ittiham olunan “Qanlı general”ın barəsində uzun illər azadlıqdan məhrumetmə hökmünün veriləcəyi istisna deyil.
Bu arada Gununsesi.info-nun məlumatına görə, Akif Çovdarov bir neçə gün əvvəl başladığı aclıq aksiyasını davam etdirir. Bununla belə Çovdarovun ailə üzvləri və vəkili ilə görüşdən imtina etdiyi deyilir. Ötən həftə “Qanlı general”ın ailə üzvləri onunla görüşə getmək üçün Bakı İstintaq Təcridxanasında olsallar da Çovdarov onlarla görüşdən imtina edib. Artıq həyatı ilə barışan general yaşamaq istəmədiyini və aclığı ölənə qədər davam etdirəcəyini bəyan edib.
İstintaq Təcrdixanasının rəhbərliyinin və həkimlərinin səylərinə baxmayaraq, o, aclığı davam etdirməkdə israrlıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.