Bakıda bar sahibi öz işçisini döydü -Binəqədi polisi döyülən qadının işinə niyə baxmır? (ŞİKAYƏT)

30-08-2016, 10:50   
Bakıda bar sahibi öz işçisini döydü -Binəqədi polisi döyülən qadının işinə niyə baxmır? (ŞİKAYƏT)
12.08.2016-cı il tarixində Bakının Binəqədi rayonu ərazisində Rəsulova Mahihəz adlı qadın işlədiyi “Leqenda” adlı obyektin Əli adlı sahibi tərəfindən ağır fiziki işgəncələrə məruz qalıb.
M. Rəsulovanın yazılı ərizəsindən məlum olur ki, obyekt sahibi əvvəlcə onu işdə döyüb. Fürsət tapıb qaçaraq taksiyə minən Mahizəri daha sonra taksini saxladaraq döyən Əli adlı şəxsin onu təhqir etdiyi də bildirilir.
M.Rəsulova yazdığı şikayət ərizəsində iddia edir ki, onu döyən şəxs daha sonra onun sumkasını əlindən alıb.
Hadisə ilə bağlı Binəqədi Rayon 6-cı polis bölməsinə şikayət edən M. Rəsulova işinə obyektiv baxılmadığı, ona qarşı ayrıseçkilik edildiyindən şikayətçidir.
“6-cı bölmədə bir kapitan işə baxmalıydı amma heç maraqlanmır.Qarşı tərəfi bölməyə çağırmırdı. Mən gedib tələb elədiyim halda mənə sərt şəkildə dedi ki, mənim işim var,vaxtım yoxdur, olanda maraqlanacağam.Obyekt sahibi isə mənə SMS vastəsilə yazıb ki,sənə vurduğum şilələrin qiyməti 500-Azn idi, ödədim bağlandı.
6-cı bölmənin rəisi Nəsib müəllim məni qəbul edib hər şeyi danışandan sonra mənə 300-500Azn sənin çəkdiyin xərcləri ödəyər deyib pul təklif etdi ki,ərizəmi götürməyimi dedi.Mən qanun nədirsə onu edin deyib çıxdım.
Əlavə olaraq bildirirəm ki, 13.08.2016 Məlikov adına xəstəxana və Semaşko adına xəstəxanada (1 saylı Şəhər Kliniki Xəstəxanası – red) tibbi ekspertiziyadan keçmişəm. Amma ekspertizadan sənədləri istədikdə “polislər gəlib götürəcəklər” deyərək mənə heç bir sənəd verilmədi.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.