Azərbaycan Respubilikasının Prezidenti Cənab İlham Əliyev Cənablarına
Bərdə şəhər H.Aslanov küçəsi ev 39- da yaşayan Hüseynov Nəsimi Tofiq oglu tərəfindən
Ə R İ Z Ə
Cənab Prezident mən 2016-cı ilin aprel ayından kənd təsərufatının ixracı ilə məşğulam. Sizin sahipkarlığa o cümlədən də kənt təsərufatının ixracına göstərdiyiniz diqqət və qayğınız çox yüksək qiymətlədirilir. Hətda 2016-cı il mart ayında sizin imzaladığınız fərmana əsasən ölkədən ixracın 3 faizinin ixrac edən sahibkarlara qaytarılması sahipkarların fəaliyətinə ən böyük dəstəklərdən biri idi.lakin biz bu gün o 3 faizi necə geri alacağımız barədə bir yol tapa bilmirik, hansı dövlət idarəsinə müraciət edirik məlumatsız olduqlarını bildirirlər.
Cənab Prezident ixracın 3 faizini qaytarılmsı azmıymış kimi vergi nazirliyi tərəfindən araşdırma aparmadan analoji olaraq etdiyim kənd təsərufatı ixracına görə külli miqdarda borc hesablayaraq bank hesabıma sərəncam qoyulub və mənim gələcək fəaliyətimə , sizin sayənizdən sahibkarlara edilən güzəştlərə əhəmiyyətsiz davranıb, iqtisadiyatımızı iflic səviyyəsinə gətirirlər. Çünki, kənd təsərufatının ixracıynan bağlı bu cür külli miqdarda borcların hesablanması bəzi sahibkarların həbsxanalara, bəzilərinin istintaqlara, bəzilərinində fəaliyətinin tam dayandırılmasına gətirib çıxartmışdır.
Cənab Prezident biz kəndlinin istehsal etdiyi kənt təsərufat məhsullarını Rusiya bazarına çıxarılmasına xidmət göstəririk,bunun sayəsindədə ölkəyə xarici valiyuta daxil olur, və bizim Azərbaycanın məhsulları Rusiya bazarlarında birincilər siyahsında durur.
Bunun üçündə sizdən xahiş edirəm mənim vergi nazirliyi tərəfindən bang hesablarıma qoyulan sərəncam və hesablanan qanunsuz vergi borcuna köməklik edib aradan qaldırasınız.
Əvvəlcədən sizə öz dərin təşəkkürümü bildirirəm
tel:050-634-43-70
077-440-85-98