Türkiyədə azərbaycanlılara qarşı tükürpədici cinayət Türkiyədə azərbaycanlıları istismar edən insan alveri şəbəkəsi iş başındadır...
Bu barədə Politika.Az-a verilən məlumata görə, uzun müddətdir İstanbulda yaşayan “Gül” ləqəbli Gülabatun adlı azərbaycanlı bu alverə rəhbərlik edir.
Ona bu biznesdə Mətin adlı qeyri-rəsmi nikahda yaşadığı Türkiyə vətəndaşı kömək etdiyi bildirilir. Məlumatda deyilir ki, Gülabatun-Mətin birliyi Azərbaycanın müxtəlif rayonlarında yaşayan gənc oğlan və qızları işədüzəltmə adı ilə cəlb edir.
Türkiyədə azərbaycanlılara qarşı tükürpədici cinayət
Onlara yüksək əmək haqqı vəd edən bu şəxslər İstanbula çağırır və yoxsul, işsiz gəncləri aldadırlar. Bir tikə çörək üçün borc-xərcə girib Türkiyəyə gedən gənclər burada başqa mənzərə ilə qarşılaşırlar.
Türkiyədə azərbaycanlılara qarşı tükürpədici cinayət
“Gül” ləqəbli qadın isə burada onları qarşılayır, sənədlərini və əllərindəki pullarını alır, onları Antalyanın Kestel kəndinə göndərir. Gənclər həmin kənddə yerləşən “Kestel Acar Restaurant” adlı istirahət mərkəzinə yollanırlar.
Türkiyədə azərbaycanlılara qarşı tükürpədici cinayət
Mənbənin sözlərinə görə, həmin istirahət mərkəzinin sahibi Hüseyin Acar adlı şəxsdir və restorana gətirilən hər adama görə Gül və Mətin cütlüyünə təxminən 500 manat ödəyir.
Türkiyədə azərbaycanlılara qarşı tükürpədici cinayət
Və bununla da onsuzda günü qara olan azərbaycanlıların günü daha da zillətə çevrilir. Belə ki, Hüseyn Acar adlı şəxs azərbaycanlıları hər gün səhər saat 8-dən gecə saat yəni səhərə yaxın saat 5-ə qədər fasiləsiz işlədir.
Türkiyədə azərbaycanlılara qarşı tükürpədici cinayət
Cəmi 3 saat yatmaq üçün vaxt və H.Acar bəzi hallarda həmin vaxtı da onlara çox görür. Həmin restoran meşəlikdə yerlşədiyindən ora nə nəqliyyat işləyir, nə də insanlar yaşayır.
Türkiyədə azərbaycanlılara qarşı tükürpədici cinayət
Qaynağımız qeyd edir ki, bu səbəbdən azərbaycanlı girovlar qaçmağa heç bir yol tapa bilmirlər.
H.Acarın əlində 30-a yaxın müxtəlif odlu silahlar olduğu bildiirlir. İçki düşkünü olan restoran rəhbəri azərbaycanlı xanımlara əxlaqsız təkliflər edir.
Türkiyədə azərbaycanlılara qarşı tükürpədici cinayət
Onun sözünü eşitməyən gənc qızlar ölümlə təhdid olunur, üstlərində silah qaldırılır. Bu yolla onları yatağa salmağa məcbur edən Acarın əməllərindən hüquq-mühafizə orqanları xəbər tuta bilmir.
Yalnız azərbaycanlı gənclərdən biri gecə saat 3 radələrində meşə ilə qaçıb. O, pulsuz, sənədsiz, dəhşətli bir vəziyyətdə canını qurtarıb. Başqa bir azərbaycanlı xanım, Qazaxda şəhidin həyat yoldaşı olan biri Acarın təklifini rədd edib. O isə qadını meşəyə apararaq döyüb və bıçaqla xəsarət yetirib.
Bir mühüm nüansı da qeyd edək ki, bu məsələdən agah olan Politika.Az xəbər portalının rəhbərliyi məsələni həll etmək üçün dərhal hərəkətə keçib. Sayt rəhbərliyi tərəfindən Gülabatun adlı şəxslə telefon əlaqəsi saxlanıb. Ona bildirilib ki, əgər qadınları azad etməsə, daxili işlər naziri Ramil Usubova məsələ məruzə olunacaq və qadın alveri ilə məşğul olduğu üçün həbs ediləcək.
Bundan sonra 4 azərbaycanlı - iki qız, iki oğlan, həmçinin şəhidin ailəsi pul müqabilində girovluqdan azad edilib, onların yol xərcləri ödənib. Ancaq məsələ bununla bitməyib və hələ də azərbaycanlıların istismarı davam edir. Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanlarının birgə hərəkət etməsinə zərurət yaranıb.
Politika.Az