Nazirin general oğlunu işdən qovmasının şok gizlinləriVergilər nazirinin Silahlı Qüvvələri Baş Qərargahının rəisinin oğlunu müşavirlikdən çıxarmasının sensasion təfərrüatı üzə çıxıb
Politika.Az bu skandal hadisəni mötəbər qaynaqlarla araşdırıb və ortalığa inanılmaz faktlar çıxıb.
Məlum olub ki, Fazil Məmmədovun Nəcməddin Sadıkovla qarşıdurması hələ 2013-cü ilə gedib çıxır. Qaynağımız iddia edir ki, o zaman baş vermiş insident tərəflərin münaqişəsinin təməlini qoyub və getdikcə dərinləşib.
Bir müddət nazirlə generalın münasibətləri loyallaşıb və məsələ arxa plana keçirilib. Lakin yenidən ədavət böyüyüb və partlayıb. Nəticədə nazir generalın oğlu Məhəmməd Sadıkovu müşavir vəzifəsindən uzaqlaşdırmalı olub.
Politika.Az xatırladır ki, 2013-cü ildə Vergilər Nazirliyinin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutan Samir Qurbanov olduğu açıqlanır.
O, vergilər nazirinin müavini Namiq Əliyevin bacanağı, Namiq Əliyev isə general Nəcməddin Sadıqovun qudasıdır. Generalın qudasının bacanağı nazirliyi atəşə tutur və bununla da konfliktin əsası qoyulur. İddialara görə, Samir Qurbanov nazirliyin rəhbər şəxslərini təhdid edirmiş. Bu haqda mətbuat da o zaman yazıb. Musavat.com o dönəmdə xəbər yayıb ki,
Nəcməddin Sadıqovun oğlu Bakı Şəhər Vergilər Departamentinin rəis müavini təyin olunmuşdu. Ona həmçinin polkovnik-leytenant rütbəsi verilmişdi.
Hətta S.Qurbanovun adı vəhabi məzhəbini qəbul etməkdə hallanıb və onun nüfuz dairəsində 300 nəfər vəhabi olub.
Onu hiddətləndirən ən çox paketin kəsilməsi olub, o, rəhbərlikdən paketin bərpa olunmasını tələb edib.S.Qurbanov nazirliyin giriş qapısına və təhlükəsizlik kamerasına atəş açmaqla F.Məmmədova xəbərdarlıq edib.
Politika.Az-a verilən məlumata görə, bu insidentdən sonra nazir N.Sadıqovun qudasının bacanağı ilə düşmən olub. Üstəlik, bu məsələdə generaldan da şübhələnib. Amma S.Qurbanov öz dayaqları hesabına fəaliyyətini davam etdirib, generalın oğlu da müşavir vəzifəsinə qədər yüksəlib.
Nəticədə generalın oğlu və qohumu nazirlikdə “meydan sulamağa” başlayıb, ətrafını möhkəmləndirib, nazirlik içində nazirlik yaradaraq gücə çevrilib.
Bu prosesləri müşahidə edən F.Məmmədov yekunda N.Sadıqov kimi iri fiqurla kəllə-kəlləyə gəlmək məcburiyyətində qalmaq kimi təhlükəni göz önünə alıb oğlunu işdən azad edib.
Mövzunu diqqətdə saxlayacağıq və detallı bilgilər verməyə çalışacağıq.
Adıçəkilən tərəfləri dinləməyə hazırıq...
Politika.Az