Dolların kursunun günbəgün yüksəlməsi bazarda qızılın da dəyərini artırır. Bu barədə Politika.Az-a lombard sahibi məlumat verib.
nın sözlərinə görə, dekabra qədər qızılın qiyməti daha da artacaq. Hazırda qramı 40-42 manat olan qızılın taleyi dollardan asılıdır. Lombardlarda hər gün dəyişən məzənnə dolların kursu ilə rentabellik təşkil edir.
Sahibkar qeyd edib ki, ilin sonuna qədər 1 dolların 2 manat olma ehtimalı yüksəkdir. Nəticədə qızılın qiymətinə də təsirsiz ötüşməyəcək. Ona görə də qızılın əhalidən alışı çoxalacaq.
Hazırda onsuz da bazarda dolların bahalaşması lombardlar tərəfindən qızıl alışını da artırıb. Əhalinin günbəgün yoxsullaşması, maddi vəziyyətinin ağırlaşması, kredit borclarını ödəməkdə çətinlik çəkməsi əlindəki zinət əşyalarını satmağa vadar edir.
Ölkədə əsas lombardlar məmur təbəqəsinin kurasiyasına daxildir. Bakıda ayrı-ayrı məntəqələr, qızıl satışı olan mağazalar, univermaqlar biznesmen nazir və məmurların obyektləridir.
Əhalisi sürətlə yoxsullaşan ölkədə isə məmurlar qızılın bahalaşmasından da varlanır. Bu böhranlı vəziyyətdən sui-istifadə edənlər vətəndaşların qızıl-zinətini də əlindən alır.
Hökumətin iqtisadi konsepsiyasına zərbə vuran, monopolist nazirlər böhranın dərinləşməsində maraqlıdır. Real islahatlar olmasa əhali torpağını, mülkünü də satmağa başlayacaq. Amma məmur kontingenti vəziyyətdən narahat deyil.
Onu da deyək ki, məsələnin kökündə maliyyə naziri Samir Şərifovun maliyyə böhranından yararlanaraq iqtisadi gücünü artırmaq istiqamətində atdığı addımlardır.
Məlumat üçün deyək ki, Samir Şərifov son dövrlərdə Beynəlxalq Bankı, “BakuBus” MMC-ni, parkomatları öz nəzarətinə götürüb. İndisə lombardların nəzarətə götürülməsi prosesi gedir. Samir Şərifovun nəzarətində olan Maliyyə Bazarlarına Nəzarət Palatası lombardları nəzarətə götürəcək. Hazırda Palata bununla bağlı müşahidələr və bazar təhlilini aparır.
Azərbaycanda fəaliyyət göstərən lombardlar iri məmurların nəzarətindədir. Bu sahədə milyonlarla manat pul dövr edir.
Lombardlar məmurların nə yaxşı gəlir yerlərindən biri hesab edilir. Samir Şərifovun bu gəlir yerini onların əlindən almaq istəməsi ciddi narazılıq yaradıb və maliyyə nazirinə qarşı hücuma start verilib.
Politika.Az