Təhsil Nazirliyi oyuncaq quruma çevrilib: icra başçıları naziri saymır Azərbaycanın təhsil həyatındakı problemlər bitib-tükənmir. Demək olar ki, hər gün dövri mətbuatda ölkənin təhsil sahəsindəki nöqsanlarla bağlı tənqidi yazılara rast gəlirik. Amma heç bir nəticə hasil olunmur. Doğrudur, Mikayıl Cabbarov təhsil naziri vəzifəsinə təyinat alanda ölkəmizdə təhsilin inkişaf edəcəyinə dair böyük ümidlər yaranmışdı. Əksəriyyət M.Cabbarovun qərb təhsilli olduğunu önə çəkərək onun təhsil sahəsində uğurlu islahatlar aparıb, Azərbayan təhslini Avropa təhsil sisteminin səviyyəsinə qaldıracağına inanırdı. M. Cabbarov isə öz növbəsində vəzifəsinin ilk günlərində bir sıra yenlikçi addımlar atdı və ciddi islahatlar aparacağına dair vədlər verdi. Amma hazırda biz tamaməm başqa bir mənzərəyə şahidlik edirik. Yəni nazir nə hökumətin, nə də xalqın etimadını doğrulda bildi. Bir sözlə, hazırda Azərbaycan təhsili tənəzzül dövrünü yaşayır.
Ali məktəblərə qəbul imtanalarında əldə olunan zəif nəticələr,nazirin verdiyi bir sıra qərarların geriyə oxunuşu, məktəb direktorlarının təyinatında yol verilən özbaşınalıqlar, rayon təhsil şöbələrində aşkarlanan böyük məbləğdə yeyintilər yeni nazirin yarıtmaz fəaliyyətini aydınca ortaya qoyur. Bundan başqa, bu günlərdə Hesablama Palatasının İmişli və Lənkəran rayon Təhsil Şöbələrində aşkarladığı cidi maliyyə nöqsanları fikirlərimzin real təsdiqi sayıla bilər. Belə ki, bir neçə gün əvvəl Hesablama Palatası İmişli rayon Təhsil Şöbəsində ciddi maliyyə nöqsanları aşkarlayıb. Palatadan bu barədə yayılan məlumatda deyilirdi ki, əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənidiyi müəyyən olunub. Şübhəsiz ki, bu cür arzuolunmaz hallar M. Cabbarovun fəaliyyətinə kölgə salır. Amma nədənsə nazir həmin faktlara süstlük nümayiş etdirir.
Maraqlıdır görəsən nazir rəhbərlik etdiyi quramla bağlı nöqsanlara niyə reaksiya vermir? M.Cabbarovu nervisi çıxarılan dişə çevirən səbəblər nədir? Cumhuriyyet.az-ın suallarını cavablandıran təhsil ekspert Nabatəli Qulamoğlu söyləyib ki, bu özbaşınalıq Azərbaycanın bütün təhsil şöbələrində mövcuddur və hazırda da davam edir: “Yadınızdadırsa, 4-5 il öncə qaçqın rayonlarının bir neçəsində statistika idarəsi belə yoxlama aparmışdı. Sonra bu yoxlamanı müstəqil təşkilatlar, QHT lər də həyata keçirmişdi. Bütün Təhsil Şöbələrində oxşar rəqəmlər açıqlanmışdı. Yəni onlarda 300-500 min manat arası yeyinti aşakarlanmışdı. Bu açıq -aşkar yeyintidir. Əgər dövlətdən ayrılan maliyyə vəsaiti təyinatı üzrə xərclənmirsə,bu yeyintidir. Bunun o yan,bu yanı yoxdur”.
Ekspert hesab edir ki, rayon təhsil şöbələrinin müdirlərini həmin rayonların icra başçıları təyin edir: “Sual olunur nə üçün icra başçıları yalnız etibar etdiyi şəxsləri təhsil şöbələrinə müdir təyin etdirirlər? Direktorluq üçün mart ayında işə qəbul prosesi başladı. Hamı da ümidli idi ki, yeni direktorlar gələcək və məktəblərdə ab -hava müəyyən qədər dəyişicək. Nə oldu? O oldu ki, 53-54 bal toplayan gənclər kənarda qaldı, amma 13 bal toplayan şəxs məktəbin direktoru seçildi. Bunu kim etdi? Əlbəttə icra başçıları. Bir neçə belə nümunə deyə bilərəm. Məslən, Qubadlı təhsil şöbəsi üzrə direktor seçiləndə belə oldu. Saatlıda belə oldu. Saatlıda Kamran Nəsirov adlı bir şəxs ən yüksək bal topladı, amma direktor seçilmədi. Sabirabadda da oxşar proses yaşandı. Lənkəranın özündə 54 bal toplayan Elşən Məmmədov kənarda qaldı. Amma 13 bal toplayan məktəbin köhnə direktoru yeniədn direktor seçildi. Bütün bunların səbəbi odur ki, icra başçıları qorxur ki, yeni gələcək adamlar yeyintiyə imkan verməyəcəklər. İcra başçılarına isə bu xeyr eləmir. Onlara yemək, söküb- dağıtmaq lazımdır. Çünki yeməsələr yaşaya bilməzlər. Hesab edirəm ki, Təhsil şöbələrində olan bütün yeyintilər icra başşılarının dəstəyi ilə həyata keçirilir. Əgər belə deyilsə, statistika idarəsi prokurorluğa məlumat göndərsin. Həmin təhsil şöbələrinin rəhbələri cəzalarını alsınlar. Niyə etmir? Ona görə ki, icra imkan vermir. Burada gizli bir iş yoxdur”.
Bəs Təhsil Nazirliyi hara baxır? sualına gəlincə, ekspert söyləyib ki, nazirlik məktəb direktorlarının seçilməsi prosesində hara baxırdısa, indi də ora baxır: “Təhsil Nazirliyi səsini çıxarmır. Ona “sakit dur”əmri gəlib. Azərbaycanda Təhsil Nazirliyi oyuncaq quruma çevrilib”.