"Cənab nazir , Məndən rüşvət istəyib ala bilməyəndə..." - Qarabağ əlili Ramil Usubovdan kömək istədi

8-09-2016, 09:58   


DAXİLİ İŞLƏR NAZİRİ,GENERAL-POLKOVNİK RAMİL USUBOVA

"QARABAĞ QAZİLƏRİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ,QAZİ ETİMAD ƏSƏDOVA

HƏYATIMIZIN VƏ ƏMLAKIMIZIN QORUNMASI DİLƏYİ İLƏ

DİLƏKÇƏ

HÖRMƏTLİ NAZİR!

HÖRMƏTLİ QAZİ!

Sabunçu RİH-in Həbib adlı komunxozu 1991-ci ilin 29 mayından-25 il qabaqdan 23202 saylı icarə müqaviləsi ilə mənə verilən Nardarandakı 923 saylı bağ sahəsində ev tikməyimə rüşvət istəyib,ala bilməyəndə qohumlarından ibarət qoçu dəstəsilə 3 maşın betonumu,daşımı,sementimi -toplam 5 minlik mal-materialımı məhv edib, hörgünü uçurub.Orada işləyən fəhləni isə döyüb.Bunlar həmin gün bağda olan Qarabağ qazisi Xaliq Abbaszadənin və sözügedən RİH-in təsərrüfat müdiri İsa Həsənovun gözü qarşısında baş verib.İsa Həsənov bu qanunsuzluğun Sabunçu RİH başçısının göstərişi olduğunu deyib və başçının qəbuluna dəvət edib.Mən həmin çağ belimin ağrısından yatağa məhkum olduğumdan və sonra da bu nədənlə xaricə müalicəyə getdiyimdən qayıdanbaş 102 xidməti yolu ilə qanuni hüququmun bərpasını tələb etdim.05 sentyabr 2016-cı ildə 15-ci polis bölməsindən döyüş dostum Xaliq bəylə birgə Sabunçu RİH-in 1-ci müavini Güloğlan Məmmədovun qəbuluna göndərildik.Müavin etik normaları pozaraq səlahiyyətini aşıb öz bağımda tikinti aparmağa icazə verməyəcəyini bildirdi və məni -DİN-in zabit-pensiyaçısını,Qarabağ əlilini "bandotdel"lə hədələdi.Belə məlum olur ki,Qarabağ əlili öz bağında koma tikirsə,banditlik edir!?(???)Müavinə və təsərrüfat müdirinə "Şəhərsalma və Tikinti Məcəlləsi"nin 79 (Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri) və 80 (Məlumatlandırma icraatı) maddələrini xatırlatsam da,bunlar bəhanə tapdılar ki,sən demə,bağ Nardarana yox,Kürdəxanıya aiddir.Nə qədər anlatdım ki,bağı mənə 25 il qabaq BŞİH-in Bağlar Birliyi verib,Ləiş bağlarının çox hissəsi Nardarana düşür,anlamaq istəmədilər.Lap Kürdəxanəya düşsün,bəyəm bu icra hakimiyyətinə haqq verir ki, 5minlik betonumu,əmlakımı məhv etsin,fəhləni döysün,bağımda ağalıq etsin?06 sentyabr 2016-cı ildə isə Sabunçu RİH-in elektron poçtundan e-mailimə cavab gəldi ki,"qanunvericiliyin tələbinə əsasən" torpağa çıxarış olmadığından bağda ev tikilməyə icazə verilmir (məktub əlavə olunur).Bu hansı qanunvericilkdə yazılıb,bilinmir."Şəhərsalma və Tikinti Məcəlləsi"nin 79 və 80-ci maddələrində isə yazılıb ki,mülkiyyətdə,icarədə,istifadədə olan torpaqlarda hündürlüyü 12 metrdən çox olmayan tikinti obyektlərinin,yaşayış evlərinin tikintisinə icazə tələb olunmur.Başqa sözlə,icra hakimiyyətinin məndən qanunsuz sənəd tələb edib,qanuni işimə mane olması üzə çıxır.

Öz bağıma girməyimə,orada özümə koma tikməyimə Sabunçu RİH saxta "qanunvericilklə" qadağa qoyub.Sizdən bircə diləyim var:Həyatımı və əmlakımı qorumağa,ev tikən çağ oradakı fəhlələrin döyülməsinin qarşısını almağa beş polis və bir o qədər də Qarabağ qazisi ayırasınız.Sabunçu RİH-in Konstitusiyadan,qanunlardan xəbəri olmasa da,Ana Qanunun 79-cu maddəsində yazılıb ki,heç kəs Konstitusiyaya,qanunlara zidd hərəkətlərə məcbur edilə bilməz. RİH-in qanunsuz sənəd,icazə tələblərinə Konstitusiya yol vermir.Ona görə də özümə koma tikmək işimi davam etdirəcəyəm. Həyat, əmlak təhlükəsizliyimi təmin etməyinizi diləyirəm.

Sayğılarla,DİN-in 1-ci qrup Qarabağ əlili,jurnalist Məğrur Bədəlsoy,tel.0518582151
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.