Gəncədə 12 yaşlı qızını yandıran ana qaçıb.
APA-nın məlumatına görə, evdən pul götürdüyü üçün qızı Quliyeva Vüsalə Füzuli qızının üzərinə benzin tökərək onu yandıran 1975-ci il təvəllüdlü Bülbül Qasımova 3 ildir ki, ikinci qrup əlil kimi təqaüd alır, ruhi xəstəlikdən əziyyət çəkir. V. Quliyeva ailənin yeganə övladı olub. Atası Füzuli Quliyev Rusiyaya işləmək üçün gedib. Hazırda hüquq-mühafizə orqanları övladını yandıran B. Qasımovanı axtarır.
* * *15:16
Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib.
"Report"un məlumatına görə, 12 yaşlı qız anası tərəfindən diri-diri yandırılaraq qətlə yetirilib.
İlkin məlumata görə, qızın adı Vüsalə Quliyevadır. Hadisənin qızın evdən xəbərsiz pul götürməsi üstündə baş verdiyi, cinayəti törədən qadının isə ruhi xəstə olduğu bildirilir.