Tanınmış bloqqer Mehman Hüseynov saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.
Əldə etdiyimiz məlumata görə, hadisə 10 Sentyabr tarixində baş verib. Həmin gün evindən çıxan Mehman Hüseynovu 5 polis əməkdaşı BŞBPİ-yə aparıb. İdarədə bloqqer polis general-mayoru Mirqafar Seyidovla görüşüb.
Görüşün xoş olmayan tərzdə keçdiyi əldə etdiyimiz məlumatlar arasındadır. Amma geniş təfərrüatı bilmədiyimizdən, məsələyə Mehman Hüseynovun özünün aydınlıq gətirməsini məqsədəuyğun hesab edirik.
24saat.org