Fövqəladə Hallar naziri Kamaləddin Heydərovla bağlı redaksiyaya ilginc məlumatlar daxil olub. Daxil olan məlumat fövqəlnazirin keçmişində baş vermiş hadisədən bəhs edir.
Beləki, 1991 ci ildə Rusiyanın Kuzmins vilayətinin – “Mil” küçəsində bir azərbaycanlının külli miqdarda narkotiklə həbs olunması Rusiyanın yerli qezetlərində manşetə çevrilir. Həbs olunan azərbaycalı ilə bağlı həmin qəzetlərdə yazılır: “Azərbaycanlı narkobaron həbs edildi” – və sonra: “Polis Azərbaycan vətəndaşı Heydərov Kəmələddin Fəttah oğlunun həbs edib. Onun həbsi zamanı üzərində və qaldığı evdən bir neçə kilo narkotik vasitə götürülərək, həmin azərbaycanlıya cinayət işi açıb...”
O vaxt Kuzminsk prokururluğunda hadisə ilə bağlı cinayət işinə prokuror şəxsən özü nəzarət edir. Və keçmiş narkobaron indiki nazir Kəmaləddin Heydərov həbs olunuraq təcridxanaya göndərilir. Ajantv.com bildirir ki, Azerinews.tv –yə verilən məlumata görə, iki ay davam edən cinayət işindən sonra Kəmaləddin prokurorluğun qərarı ilə azadlığa çıxır.
Hamiya qaranlıq qalan bu məsələ sonra Rusiyanın “Qaradtskoye vesti” qəzetində açıqlanır və qəzetin iddiasına görə Kəmaləddin Heydərovu yaxın dostu Markaryan adlı ermənini öz nüfuzundan istifadə edərək dostunu xilas edir. Həmin vaxt baş verimiş hadisəni işi aparan prokuror da fakt kimi təsdiqləyir. Və bununla bağlı həmin qəzetə müsahibədə verir. O müsahibəsində hadisə ilə bağlı detallara toxunmayaraq Markaryanın yaxın dostum olduğunu bildirir. Qezet belə iddia edib...
Makaryan kimdir!? - Məlumatlara görə o Rusiya vilayətlərində böyük nüfuza sahib olan, “yeraltı və yerüstü dünya” adamlarıyla sıx əlaqələrə və milyonlara sahib biridir. Adıçəkilən şəxs hal - hazırda Ermənistan qeyri - hökümət təşkilatlarına maddi yardım edən böyük təşkilat rəhbəridir. Kəmaləddin Heydərov isə hazırda Azərbaycanın Fövqəladə Hallar naziridir. Bu iki şəxsin bu günkü böyük biznes əlaqərinin görünməyən tərəfləri ilə bağlı inanılmaz iddialar da var. Bunlarla bağlı növbəti yazıda. Bizi izləyin