Məmur bankları önündə intihar hazırlığı - Fəlakət

15-09-2016, 09:18   

Məmur bankları önündə intihar hazırlığıƏhalinin banklara olan borcu və bankların düşdüyü ziyanı kasıb insanların cibindən çıxarmaq cəhdi ölkəni fəlakətə sürükləyir

Kreditlə borc götürən minlərlə vətəndaş bankların valyuta dələduzluğu ilə üz-üzə qalıb.

Dövlətin lisenziyası ilə fəaliyyətə göstərmiş bankların vətəndaşların başına açdığı oyunlar dövlətə qarşı inamsızlıq yaradır.

Xalq onun arxasından dövlət və onun qanunlarının çəkildiyinə şahid olur. Bu da ölkədə sosial partlayış üçün zəmin yaradır. Bir sıra banklar dollar krediti olan vətəndaşları ağır vəziyyətə salıb.

İqtisadi böhrandan zərərsiz çıxmaq üçün kreditorların dərisinə saman təpən banklar nə Mərkəzi Banka, nə Maliyyə Nazirliyinə, nə də hökumətə hesabat verir.

Əksər bankların məmurların himayəsində olduğunu nəzərə alsaq, ölkədə kredit fırıldağının da arxasında onların dayandığını söyləmək olar.

Amma Azərbaycan Beynəlxalq Bankının həbsdəki sədri Cahangir Hacıyevin taleyindən dərs çıxarmayan bank sədrləri vətəndaşlarla hökuməti üz-üzə qoyur.
Hazırda banklarda gərginlik hökm sürür. Hər gün vətəndaşlarla bank arasında mübahisələr yaşanır.

Bir müddət əvvəl bankların önündə vətəndaşlar üstünə benzin tökərək özlərini yandırırdı. Deyəsən, yenidən eyni situasiya yaranacaq.

Vətəndaş dövlətinə, ölkəsinı inanıb və kredit götürüb, lakin indi həyatı cəhənnəmə dönüb. 8 milyard dolları ölkədən çıxaranlar, buna şərait yaradanlar, buna göz yumanlar cəzasız qalıb.

Prezidentə yalan danışanlar və hər kəsin başının altına yastıq qoyanlar məsuliyyətə cəlb olunmayacağına inanır.

Ölkə rəhbərliyinə manatın ölməzliyindən danışanlar, lüks maşın alanlar, pulumuzu 300, 500 milyon dollarla kredit adı ilə götürüb xərcləyənlər azadlıqdadır.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.