ABŞ Konqresində Tom Lantos Komissiyasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr keçirilir. Müzakirəni canlı şəkildə burada izləyə bilərsiz:
Xədicə İsmayıl bildirib ki, aktivistlərdən biri Heydər Əliyevin heykəlinin üzərinə qrafitti yazdığı üçün həbsə atılıb. Həbsxanalarda durumu yoxlayan heç bir müstəqil qurum qalmayıb. Hesab edirəm ki, BMT və başqa qurumlar müstəqil müşahidə metodları haqda düşünməlidir.
Biz bir qrup keçmiş məhbusla birlikdə siyasi məhbusların siyahısını hazırlayırıq. Biz AŞPA-nın müəyyənləşdirdiyi termin üzrə müəyyənləşdiririk siyasi məhbusları.
Hökumət radikal islam kartından istifadə edir və elə göstərir ki, həbs olunan dindarlar radikallardır. Əslində belə deyil. Onlar qeyri zorakı yolla hökumətə qarşıdırlar və hökuməti tənqid etdikləri üçün həbsdədirlər.
Dindar fəallar ən çox işgəncəyə məruz qalanlardır. Xalq Cəbhəsi Partiyasının sədrinin müavini bu iş çərçivəsində həbs olunub.
Hələ ki, məhkəmə davam edir və yekun söz demək istəmirəm amma işgəncələr verildiyi faktdır.
– Bu məhkəmələrə səfirliklərin nümayəndələri gəlirlər?
-Müxtəlif səfirliklərin nümayəndələri gəlirlər. Amma ABŞ səfirinin iştirakı yetərli deyil. Bundan əvvəl belə bir bəyanat verilmişdi ki, Sekutanın hökumət nümayəndələri ilə fotosu daha çoxdur.
Məncə, onlar bizlə münasibətlərini açıq göstərməkdən qorxurlar.
Qorxaq diplomat görmək çox depressivdir. ABŞ kimi ölkədən belə bir şeyi görmək çaşdırıcıdır.
Fransa səfirliyi isə kameradan qaçırlar. Bu, belə depressivdir. Mən Azadlıqradiosunda işləyirəm- ABŞ Konqresindən maliyyələşir.
Mənə qarşı açılmış cinayət işi AzadlıqRadiosunun guya ki, pul yuması ilə bağlı idi. Məgər Konqresin pulu çirklidirmi?
Səfirliyin bəyanatı belə oldu- Əgər AzadlıqRadiosu professional davransa, fəaliyyətini davam etdirsin. Bunu eşitmək mənimçün həbsdə ən pis xəbər oldu.
Mənə deyirlər ki, diplomatlar qorxurlar ki, açıq tənqid etsələr, hökumət onlarla münasibəti pisləşər. Necə oldu ki, güclü dövlətlər belə zəiflədi?
Türkel Kərimli:
Keçən seçkidə pullu efir vaxtı o qədər baha idi ki, müxalifət çıxış edə bilmədi.
Azadlıq qəzeti iflasa uğrayıb. Qəzetin maliyyə direktoru həbs olunub, odur ki, qəzet pulunu bankdan çəkə bilmir. Müxbirlər çox böyük əziyyət çəkir.
Kauzlariç:
Mənim vaxtımda biz hökumətə birbaşa yardım göstərmirdik. Bu imkanlar aradan qaldırılıb. Biz indi nə edə bilərək? Biz özümüzü daha çox göstərə bilərik. Məsələn, biləndə ki, jurnalist təqib olunur, onunla gedib çay içirdik. Biz özümüzü daha çox göstərə bilərik.
Xədicə:
Beynəlxalq ictimaiyyətin edə biləcəyi ilk bu iş olmalıdır ki, onlar məsələn, saxtalaşdırılmış seçkini udmuş hökuməti təbrik etməyə tələsməməlidir.
AzadlıqRadiosunun işini davam etdirməyə nail olmağa çalışmaq lazımdır. AzadlıqRadiosu ABŞ-ın Azərbaycanda gördüyü ən yaxşı işdir.
ABŞ təhsil proqramlarını dayandırıb. Onları da davam etdirmək lazımdır. Bu da çox vacibdir.
Türkel Kərimli:
Meydan TV və AzadlıqRadiosu çox vacibdir. Amma Azərbaycan Saatının adlı veriliş də var ki, onun da vacib auditoriyası var. Onun tənqidi mövqeyinə görə, TV ni peykdən götürüblər.
O ki qaldı nümayişlərə, onları ancaq hökumətlərin seçdiyi yerdə keçirmək mümkündür. Ən müxtəlif metodlardan istifadə olunur ki, qoymasınlar əhalini mitinqə gəlməyə- iki gün əvvəl icazə verildi. Adamlar arasında çaşqınlıq yarandı.
Aksiyaların birinə hətta İŞİD bayrağı gətirilmişdi. Məqsəd əhalini qorxutmaq idi.