AlİMPAŞA MƏMMƏDOV ƏRƏB ŞEYXLƏRİ KİMİ YAŞAYIR-İcra başçısının yemək masası–FOTOLAR

17-09-2016, 11:10   


Azərbaycanın ayrı-ayrı məmurlarının dəbdəbəli həyat tərzi heç kəsə sirr deyil. Bogazacan korrupsiya və rüşvət girdabında boğulan məmurlarımız və ailələri vətəndaşın ac qalması barədə belə düşünmür. Hətta kömək üçün qapılarını döyən sadə vətəndaşları (onlar arasında şəhid ailələləri, Qarabağ müharibəsi veteranları da var) təhqir edərək, qovurlar.
Belə şəxslərdən biri də Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur.
Bu günlərdə bəzi media orqanlarında Alimpaşa Məmmədovun bu il ali məktəbə qəbul olunan şəmkirli gəncləri qəbul etdiyi və onlara 40-50 manat dəyərində hədiyyə verməsi xəbəri yayıldı. Təbii ki, həm abituriyentlər, həm də onların valideynləri icra başçısının bu “diqqətindən” razı qalmayıb. Onun bu hərəkəti hətta rəhbərlik etdiyi icra strukturunda belə yaxşı qarşılanmayıb.
Belə ki, Şəmkir Rayan icra strukturunda çalışan şəxslərdən biri Alimpaşa Məmmədovun bir ziyafət masasındakı fotolarını Gununsesi.info-ya yollayıb.
Fotoya baxarkən, icra başçısının masasının üzərində müxtəlif təamların bolluğu diqqəti çəkir. Təbii ki, masanınü üzərindəki onlarla çeşiddə olan yeməyi icra başçısı yeyib-
qurtarası deyil. Amma kasıb şəmkirli tələbələrə qıymayan Alimpaşa Məmmədov süfrəsini ərəb şeyxləri kimi bəzəyir.
Gununsesi.info icra başçısının yemək masasındakı fotolarını təqdim edir:


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.