Kərəm Həsənovu Eldar Mahmudovla birləşdirən yeni şok – Faktlar

20-09-2016, 09:17   

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqələrinin müdhiş sirləri açılır. Cumhuriyyet.az-a daxil olan səhih məlumata görə, komitə sədri Kərəm Həsənovu MTN rəhbəri olmuş Eldar Mahmudova bağlayan tellər üzə çıxıb.
Bu bağların sıx və indiyə qədər davam edən nüansı hər iki tərəfə eyni vəkilin xidmət etməsi faktıdır. Komitə sədrinin deputat qardaşı Malik Həsənovun şəxsi vəkili ilə Mahmudovun ailə vəkili eyni hüquqşünasdır. Onun kimliyi redaksiyamıza məlum olsa da, etika naminə hələlik açıqlamaq istəmirik.
Həmin vəkil həm Mahmudovlar ailəsinin şəxsi işlərinə baxır, həm də Həsənovlarla əlaqəlidir. Bu da uzun müddətdir ki K.Həsənovla E.Mahmudovun işbirliyi barəsində mətbuatda yazılanların daha bir təsdiqləyici nümunəsidir. İddialara görə daşınmaz əmlakın rəsmiləşdirilməsi, sənədləşmə və reyestr işləri ilə bağlı müxtəlif əməliyyatlar deputat M.Həsənova çox yaxın olan vəkil vasitəsi ilə həyata keçirilib. Eyni zamanda sözügedən vəkil MTN şefinin ailə biznesi, torpaq, obyekt, ümumilikdə daşınan və daşınmaz əmlakının sənədləşdirilməsi proseduruna cavabdeh şəxsdir. Bütün bunlarla bağlı cumhuriyyet.az-a verilən məlumata görə, indinin özündə də vəkil hər iki tərəf üçün fəaliyyətini davam etdirir. Komitə sədrinin qardaşının biznesində mühüm hüquqi işləri həyata keçirən vəkil gizli saxlanır.
Yeri gəlmişkən, M.Həsənovun deputat mandatı almasında E.Mahmudovun birbaşa rolunun olduğu deyilir. Ona görə də deputatın vəziyyəti ürəkaçan deyil.
K.Həsənov da aylardır başağrısına çevrilən bu məsələdən heç cürə qurtula bilmir. Ölkə rəhbərliyi qarşısında etimadını itirmiş komitə sədri vəzifəsini qorumağa müvəqqəti də olsa müvəffəq olub. Lakin onun başı üzərindəki qara buludlar tərk etməyib. Hələ də komitə sədri üçün MTN işinin bundan sonra istənilən cəncəli yaradacağı gözləniləndir.
Yada salaq ki, MTN işinin bu yerə gələcəyi Həsənovun da ağlına gəlməzdi. Onun isə əsas işi MTN-dəki qruplaşmaya dəstək vermək olub.
K.Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov (o artıq vəzifəsindən azad edilib) yerinə yetirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.