Səlim Müslümovun idarəsində şıdırğı kadr alverinin – Detalları

22-09-2016, 10:44   
Səlim Müslümovun idarəsində şıdırğı kadr alverinin – Detalları
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şıdırğı kadr alverinə başlanıb. Bu barədə cumhuriyyet.az-a verilən məlumata görə, indiyədək bu strukturda belə geniş miqyasda rüşvətxorluq baş verməmişdi. Struktur dəyişikliyi adı altında gedən bu prosesə nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev başçılıq edir. Dil ədəbiyyat müəllimi ixtisaslı, aparat rəhbəri olanadək ancaq şeir yazmaqla məşğul olan Ə.Cəbiyev nazirliyin strukturlarına hüquqşünas, iqtisadçı və.s ixtisasa malik olan kadrların yerləşdirilməsi ilə məşğuldur.
Ə.Cəbiyevin kadr siyasəti çox sadədir: deməli uzun illər nazirliyin sistemində çalışan işçilər nazirin daha onlarla işləmək istəməməsini səbəb göstərərək işdən azad edildiyini bildirir. Sonra Ə.Cəbiyevə yaxın adamlar təhsilinə, iş səriştəsinə baxmayaraq boşyerlərə təyine dilir. Yeni təyin edilmiş işçilərin boşalmış əvvəlki iş yerləri də hərraca çıxarılır. Beləliklə tamamilə işdən çıxarılmış və başqa işə keçirilmiş işçilərin boşqalmış iş yerləri külli miqdarda pul müqabilində satılır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə müqavilə ilə işə təyin edilmiş işçilərin çoxunun ali təhsili haqda diplomları belə saxtadır. Bu şəxslərin çoxu ləğv olunmuş Beynəlxalq Univerisitetin və digər mənfi reputasiyali təhsil müəssisələrinin tetstlə qəbul olunmamış məzunlarıdır.
Yaxşı olar ki, nazirlik son 2 ayda işdən azad etdiyi və yeni təyin etdiyi kadrların təhsil aldıqları müəssisələr də göstərilməklə siyahısını dərc etsin. Qarşı tərəfi dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.