Azərbaycanda Təhsil haqqında Qanuna görə heç bir tələbə əsgərlikdə ola-ola məzuniyyətə gəlib oxuduğu Universitetdə dövlet İmtahanı verib yenidən hərbi xidmət yerinə qayıda bilməz. Bu, birmənalı olaraq beıədir.
2015-ci ilin yanvar ayında Baki Dövlət Universitetinin Hüquq Fakultəsinin Orxan Novruzov adlı tələbəsi kəsirləri olması səbəbindən dövlət imtahanı vermədən hərbi xidmətə gedir. Orxan Novruzov həmin ilin may ayında, rəsmən hərbi xidmətdə olmasına baxmayaraq, kəsirlərini verib qurtarmış olur. Bunu necə etdiyi də möcüzəli deyil. Belə ki, o, may ayında 2 günlük məzuniyyətə gəlir, dövlət imtahanında iştirak edərək “imtahan” verib geri dönür. Nəticədə də passiv tələbəliyini bitirir və diplomunu alaraq 1 il hərbi xidmət keçirir.
Abel Məhərrəmov bu qanunsuz əməliyyatı həyata keçirmək üçün tələbənin valideyinindən əvvəlcədən 40 min manat alır. Bu məlum tələbə Şəmkirin prokuroru Novruzov Allahverdinin oğludur. Prokuror öz oğlu üçün bu lüksü əvvəlcə öz əlaqələri hesabına təmin etmək istəyir və xərc çəkmək istəmir. Buna görə də, o, oğlunun problemini həll etdirmək üçün vəzifə sahibi dosdlarından xais edir. Abel Məhərrəmov bu şəxslərə “baş üstə” desə də bu xahişi pulsuz olduğuna görə yerə salmağa məcbur olur. Xahişin yerə salındığını, daha doğrusu, Abel Məhərrəmovun onu qəsdən yerə atdığını görən Şəmkir prokuroru Bakıya təşrif buyurur, Abel Məhərrəmova 40 min verib geriyə qayıdır.
Xatırladaq ki, Novruzov Allahverdi 2008- ci il sentyabr ayının 28-də (söz vaxtına çəkər), düz 8 il əvvəl Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə bu əməliyyata görə heç bir məsuliyyət daşımır. Çünki,
1) Abel Məhərrəmov zəhmətsiz əldə edilmiş korrupsiya pullarını müsadirə etmiş sayılır. İndi Azərbaycanda bu presedent var. Həmin presedentlər praktikasına görə korrupsiya yolu ilə müsadirə edilmiş pulların dövlətə təhvil verilməməsi cinayət sayılmır. Məsələn, Cahangir Hacıyevin (Beynəlxalq Bankın sabiq prezidenti), Akif Çovdarovun (Milli Təhlükəsizlik naziriliyinin keçmiş generalı), Eldar Mahmudovun (keçmiş Milli Təhlükəsizlik naziri) və başqalarının əmlakının müsadirə edilməsi zamanı bu praktikadan istifadə edilib.
2) Abel Məhərrəmov xeyirxah iş görüb. Kəsiri olan bir gənci bu akademik yükdən xilas edərək onun mənəvi- psixoloji gərginliyinə son qoyub.
3) Vətənpərvərlik nümunəsi yaradıb. 6 kəsirlə hərbi xidmətəgedən Orxan Novruzovun Vətənə tam diqqətlə xidmət etməsi üçün şərait yaradıb.
azerbaycansaati.tv