Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə və idarələrində hökm sürən acınacaqlı vəziyyət haqda mediada xeyli yazəlar dərc olununb. Bu dəfə əldə etdiyimiz məlumat da təəssüf doğurucudur. Belə ki, haqqında xəbər verdiyimiz əsgər Quliyev Yaqub Yevlax rayonunun Hərbi komissarlığından əsgərliyə aparılıb. O, hal-hazırda Bakıda hərbi qospitalda, 2- cı korpusun nevroloji şöbəsində müalicədədir, birdəfəlik müalicəsi mümkün deyil, üstəlik Bakıda və hərbi qospitalda. Əsgər Yaqub Quliyev haqda cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, 1998- ci il təvəllüdlüdür, 0, 8 yaşında qəzaya düşüb nəticədə beynində travma yaranıb, durduğu yerdə sudurğa tutur, dili qatlanır, sağ qolu açılmır, qabırğaları normal formada deyil və önə çıxıntılıdır. Hətta ötəri zahiri müşahidə də onun hərbi xidmətə tam yararsız olduğunu söyləməyə imkan verir. Amma Yevlax hərbi komissarlığındakı bioloji varlıqlar 2016- cı ilin iyul ayının 4-də onu yararlı hesab edərək hərbi xidmətə yollayıbılar. Təsəvvür edə bilirsinizmi ki, əsgər Quliyev Yaqub arxa cəbhədə də deyil, ön cəbhədə xidmətə yollanılıb. Ön xətdə, təmas xəttində, səngərdə xidmət üçün göndərilib. Cəmi 3 aydır ki, əsgərliyə çağırılan Yaqub Quliyevi, yaxşı ki, hərbi hissədən hospitala göndəriblər.
Bildirək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin rəisi, polkovnik leytenant Elxan Heydərovla bağlı ilginc məlumatlar əldə etmişik. Bu zabitin keçmişi ilə bağlı apardığımız araşdırmalar zamanı E.Heydərovun xidməti tərcümeyi-halında xeyli müəmmalı məqamları üzə çıxardıq. İlk olaraq onu bildirək ki, E.Heydərovun adı ölkəyə səs salan qətlin-Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətli ilə bağlı mediada hallanıb. Belə ki, Ruslanın qətlinin araşdırılmasında Şəmkir rayon polisindən əlavə, Müdafiə Nazirliyinin Şəmkir Rayon Hərbi Polis Şöbəsinin əməkdaşları də iştirak edibmiş. Səfər Əbiyevlə kirvə olan Aslan Aslanov öz qeyri-rəsmi kurasiyasında olan hərbi polisi də qətlin araşdırılması işinə cəlb edib. Məlumata görə, hətta meyiti də ilk olaraq hərbi polis tapıb. Həmin vaxt isə rayonun hərbi polis rəisi Elxan Heydərov olub. Düzdür E.Heydərov bu faktı və bu məsələ ilə bağlı digər məlumatları təkzib edir, amma həmin vaxt cənab Heydərovun birbaşa rəhbəri olan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Rövşən Məhərrəmov fərqli fikirdədir. O bildirir ki, “O vaxt Şəmkirin hərbi polis rəisi Elxan Heydərov olub. O, məndən çox Aslan Aslanova tabeçilik göstərirdi. Ona görə də mənə heç nəyi məruzə etmirdi”.
E.Heydərovun A.Aslanova bu dərəcədə itaəti cavabsız qalmır. Demək olar ki, Ruslanın qətlinin istintaqı başa çatdıqdan sonra E.Heydərov hərbi polisdən kənarlaşdırılır və A.Aslanov onu Hərbi Komissarlıq sisteminə gətirir. Deyilənə görə, o zaman bu təyinat üçün E.Heydərov 200 min dollar xərcləyib. Gəncənin Kəpəz rayonunu hərbi komissarı vəzifəsində çalışan Elxan Heydərov Arzu Rəhimovun rəhbərliyə gəlişindən sonrakı ilk “ələnmə”də vəzifəsindən azad edilir. Amma bə qədər qəribə olsa da bu fakt keçmiş komissarı məyus etmir və o zaman mətbuata açıqlamasında da bildirir ki, verilən qərardan narazılıgı yoxdur: “İşdir də çıxariblar, çıxarıblar. Görünür, məsləhət belə olub. Nə deyə bilərəm ki…”
Maraqlıdır ki, E.Heydərov Arzu Rəhimovun “vurduğu” çox az sayda rəislərdəndir ki, həqiqətən də sonradan Səfərbərlik Xidmətinə bərpa olunur. O, əvvəl baş idarəyə sonra isə Qusar rayonuna rəis təyin olundu. Bütün bunlar haqda cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə E.Heydərov bu situasiyaya da etiraz edirmiş: “Mən bu qədər pulu bu ucqarda işləmək üçün verməmişəm”. Maraqlıdır ki, o yenə də məqsədinə çatır. Nə keçmiş hərbi komissarlıq sistemində, nə də Səfərbərlik Xidmətində görünməmiş hadisə baş veririr: Elxan Heydərov 6 ay işlədikdən sonra Yevlax rayonuna təyin olunur. Hazırda Səvərbərlik Xidmətinin Yevlax rayon şöbəsinin rəisi işləyən E.Heydərovun burda qısa müddət ərzində hansı əməllərə imza atması haqda isə növbəti yazımızda…
Yazıda adı keçən şəxslərin mövqeyini verməyə hazırıq.
Elçin Əmirov, cumhuriyyet.az