Azərbaycanın nazirlərinin, nazir müavinlərinin, əksər deputatların, Londondakı mülkləri ilə bağlı yoxlamalar başladı - Rəsmi

30-09-2016, 09:53   

Britaniya paytaxtının meriyası Londondakı daşınmaz əmlakın xarici investorları ilə bağlı genişmiqyaslı yoxlamaların başlandığını elan edib.

Virtualaz.org bildirir ki, bu barədə “The Guardian”a müsahibəsində şəhərin meri Sadiq Xan bildirib.

Onun sözlərinə görə, hakimiyyət yoxlama çərçivəsində onu dəqiqləşdirmək istəyir ki, xarici investorlar London mənzil bazarının formalaşmasında hansı rolu oynayırlar.

Əvvəllər belə genişmiqyaslı yoxlamalar aparılmayıb. Bu təşəbbüs şəhərdə daşınmaz əmlakın qiymətlərinin artması fonunda meydana gəlib. Reuters-in məlumatına görə, 2015-ci ilin iyulundan 2016-cı ilin iyuluna qədər Londonda daşınmaz əmlakın qiyməti 12 faiz artıb.

Britaniya KİV-i 2016-cı ilin mayında müəyyən edib ki, Londonun mərkəzindəki Tower göydələnində elit apartamentlərin üçdə ikisindən çoxu xarici alıcılara məxsusdur.

Yeri gəlmişkən, virtualaz.org vaxtilə Azərbaycan, Qazaxıstan və Gürcüstandan olan zənginlərin son iki il ərzində Londonda 3 milyard dollarlıq dəbdəbəli mənzil aldıqları barədə yazıb.

Onu da bildirmişdik ki, ərazilərinin bir hissəsi bu yaxınlarda Rusiya tərəfindən zəbt olunan Ukrayna zənginləri Londonda daşınmaz əmlak alışı üzrə liderlik edirlər.

“Beauchamp Estates” adlı daşınmaz əmlak şirkətinin təxminən il yarım əvvəl apardığı araşdırmalara görə, Azərbaycan, Ukrayna və digər keçmiş sovet respublikalarından olan zənginlər əsasən Londonun Mayfair, Rijents-park, Naytsbric, Belqraviya rayonlarında daşınmaz əmlak alırlar. Bu rayonlarda evlərin qiyməti 15 milyon funtdan 60 milyon funta qədər dəyişir.

Bir daha xatırladaq ki, Azərbaycanın nazirlərinin, nazir müavinlərinin, əksər deputatların, hətta rayon icra hakimiyyəti başçılarının və polis rəislərinin də Londonda mülkləri var. Onların uşaqları da Dumanlı Albionda bahalı məktəblərdə oxuyurlar…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.