Bura Azərbaycandır: “Eldar Mahmudovun əlində olan 2800-dən çox seks videosu yayılsa...”

2-10-2016, 11:48   

Eldar Mahmdovun rəhbərlik elədiyi MTN ölkədə ictimai-siyasi fəallardan tutmuş jurnalistlərə, çox yüksək dövlət rəsmilərinə, eləcə də onların ailə üzvlərinədək, hər kəs haqqında ifşa materialları yığıb və şantajla məşğuldur.
Sabiq MTN zabiti, ekspert Ərəstun Oruclu Gununsesi.info-ya müsahibəsində deyib:
“Sizə məlumat olaraq deyə bilərəm ki, mötəbər mənbələrdən mənə daxil olan informasiyalara görə, 2800-dən çox şəxs haqqında təkcə seks videolaru mövcuddur. Təsəvvür edirsiniz, söhbət rəqəmdən gedir. Bu adamların çoxu vəzifəli şəxslərdir. Onlar arasında deputatlar, icra başçıları, nazirlər var”.
Maraqlı məlumatdır, lakin bu, video şantaj sisteminin yalnız cüzi hissəsidir. Çünki şantaj videolarını təkcə MTN yox, Daxili İşlər Nazirliyi də toplayır. Bizdə olan qeyri-rəsmi və təsdiq edilməmiş məlumata görə, Bakının bütün otellərində hər otaqda bir kamera yerləşdirilib.
İndi video-şantaj əməliyyatının vüsətini təsəvvür edin…
Bura Azərbaycandır!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.