Nazirlər təşvişdə, Mehriban Əliyeva vitse-prezidentlik yolunda

3-10-2016, 10:11   


Nazirlər təşvişdə, Mehriban Əliyeva vitse-prezidentlik yolunda

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezidentliyə ən real namizəddir

Bunu ayrı-ayrı hökumət rəsmiləri, siyasi ekspertlər də dilə gətiriblər.


Sentyabrın 26-da keçiriləcək referendumdan sonra Konstitusiyaya ediləcək əlavə və düzəlişlərin ən mütərəqqi bəndi vitse-prezidentlik institutunun yaradılmasıdır.


Bu təsisatın yaradılması həm ölkədə islahatların sürətləndirilməsinə xidmət edəcək, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsinə təkan verəcək.


Siyasi şərhçilər də qeyd edirlər ki, vitse-prezidentlik Nazirlər Kabinetinin buraxılması ilə nəticələnə bilər.


Deputat Fazil Mustafa da bu variantı istisna etməyib. Nəticədə referendumdan sonra vitse-prezident kimlərin olacağı barədə versiyalar səslənməyə başlayıb.


Hətta hakimiyyət daxilində bəzi qüvvələr arasında rəqabət getdiyi, korrupsioner nazirlərin təlaş içində olduğu xəbər verilir.


Politika.Az-ın verdiyi məlumata görə, təşviş içində olan odioz nazirlər hakimiyyətdən uzaqlaşacağ təhlükəsini hiss edir.


Prezident İlham Əliyev də islahatların sürətləndirilməsini məhz özbaşınalığa yol verən məmurlarla vidalaşmaqda və vitse-prezident postuna güvəndiyi kadrları təyin etməkdə görür.





Hakimiyyətdəki etibarlı mənbələrdən sızan xəbərlərdə bildirilir ki, vitse-prezidentliyə ən real və uğurlu namizəd kimi M.Əliyevanın adı keçir. Birinci xanımın fəaliyyəti və gördüyü işləri sadalamaq geniş həcmli məqalənin mövzusudur.


Yalnız onu demək olar ki, Azərbaycan xalqının böyük ehtiram və etimad göstərdiyi H.Əliyev Fondunun prezidenti hər zaman vətəndaşların qayğısına qalıb. M.Əliyevanın irəli sürdüyü təşəbbüslər bir qayda olaraq ümumi mənafedən irəli gəlir.


O, özünü məhz insanlara, ələlxüsus da aztəminatlı insanlara kömək əli uzadanda, ölkəmizin imicinin yüksəlməsi naminə hansısa layihəni həyata keçirəndə, milli mədəniyyətimizi dünya auditoriyasına təqdim edəndə xoşbəxt sanır.




Millət vəkili Qüdrət Həsənquliyev jurnalistlərə müsahibəsində birinci vitse-prezidentliyə ən layiqli namizəd birinci ledi Mehriban Əliyevanı göstərib:





Ölkənin birinci xanımı və millət vəkili kimi çox böyük işlər görür, Azərbaycanın və Azərbaycan qadınının tanıdılması üçün böyük səy göstərir. Düşünürəm ki, onun bu postu tutması milli maraqlara cavab verərdi”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.