Mikayıl Cabbarov prezident sərəncamını məsxərəyə qoydu – ŞOK FAKT

8-10-2016, 21:56   

Son vaxtlar Azərbaycanın təhsil sistemində baş verən olaylar artıq xalqın qəzəb və hiddətinə səbəb olub. Bu sahədə böyük kadr islahatlarına zəruriliyi vacib hesab edilir. Sırf təhsil sahəsi ilə bağlı Mehriban xanıma, media portallarına edilən şikayətlərin həddindən artıq çox olması bu sahədə belə də boşluğun üzdə olmasından xəbər verir.
Bir neçə gün öncə maraqlı məlumat daxil olub. Məlumatda Göyçay təhsil sistemində rüşvət, korrupsiya olaylarından bəhs edilir. Hətta təqdimat üçün Təhsil Nazirliyinə göndərilən “əməkdar müəllim“, “tərəqqi medalı” kimi yüksək ali adların rüşvətlə təqdimatından xəbər verilir. Belə ki, bir neçə gün öncə tərəqqi medalı ilə təltif olunan Göyçay 2 nömrəli tam orta məktəbin müəlliməsi Əhmədova Naibə Əliağa qızı 2 il öncə eyni tərəqqi medalı ilə təltif olunduğu bildirilir. Məlumatda daha sonra iddia olunur ki, təqdimat “əməkdar müəllim” adı ilə təqdim olunmuş, lakin mümkün olmadığı halda yenidən həmin müəllimə ”tərəqqi medalı” ilə təltif edilmişdir. Xatırladırıq ki, Azərbaycan təhsil sistemində ilk haldır ki, bir müəllimə ikinci dəfə tərəqqi medalı ilə təltif edilir. Bunun nə qədər qanuni və ədalətli olmasını Təhsil Naziri Mikayıl Cabbarovun nəzərində axtarmağa çalışacağıq.(Rublika.az)
Mövzunu davam etdirəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.