Ankaradan Bakıya şok FETÖ siyahısı: 41 deputatın adı

17-10-2016, 09:14   
Ankaradan Bakıya şok FETÖ siyahısı: 41 deputatın adı

Referendumun prezidentə verdiyi səlahiyyətlərdən biri də parlamenti buraxmaq, növbədənkənar seçkiləri təyin etməkdir. Bu məsələnin referendumdan az sonra gündəmə gəlməsi heç də təsadüfi deyil. Belə ki, Türkiyədə baş verən 15 iyul hərbi çevriliş cəhdindən sonra Azərbaycanda da “gülənçilərlə” ciddi mübarizəyə başlanıldı. Hətta Azərbaycan Respublikası Baş prokurorluğunda “gülənçilər”lə bağlı cinayət işi başlanıldı. Bu dəfə isə Azərbaycan Milli Məclisində təmsil olunan bəzi deputatların “Gülən” şəbəkəsinə üzv olması məlumatları yayıldı.
İddialara görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya Türkiyə səfərində din pərdəsi altında Azərbaycanda olan gülənçilərin siyahısı təqdim olunub.
Məlumatda həm də bildirilir ki, bundan başqa hökumətə 41 deputatın adı olan başqa bir siyahı da təqdim olunub. Əslində növbədənkənar parlament seçkilərinin keçirilməsinin müzakirə mövzusuna çevrilməsinin kökündə dayanan məsələ də budur. Parlamentdə “gülənçi”lərin olması uzun zamandır ki, mətbuatın gündəmində yer alsa da, Milli Məclisdən bu haqda heç bir açıqlama verilməyib. Amma növbədənkənar seçkilər olarsa, həmin şəxslərin adları müxtəlif yollarla ictimaiyyətə açıqlanacaq.
Parlamentdə gülənçilərin təmsil olunması hər zaman mediada və siyasi kluarlarda hər zaman səsləndirilib. Ancaq həmin parlamentarilər bu günə qədər özlərini gizləməyi bacarıblar. Bu məsələnin üstünə gedilməsi üçün etibarlı siyahının olması vacib idi. Ekspertlərə görə, gülənçi deputatların parlamentdə olması Azərbaycan üçün çox ciddi təhlükədir. Türkiyədə paralel dövlət iddiasında olan bir şəbəkənin Azərbaycanda da uzantılarının olması hökumətə müəyyən təzyiq mexanizmi kimi qiymətləndirlir. Qeyri-rəsmi məlumatlara görə, Fətullah Gülən və şəbəkəsi 250 milyard kapitala nəzarət edir. Bu isə hər hansı bir ölkədə qarışıqlıq yaratmaq üçün kifayət qədər yüksək vəsaitdir. Nəzərə alsaq ki, Milli Məclisdə 125 deputat var və onların 41-i gülənçidirsə bu kifayət qədər böyük rəqəmdir. Bununla da “gülənçilər” parlamentdə sahib olduqları güc vasitəsilə hökumətə ciddi təzyiqlər etmək imkanı əldə edir. Bu isə Azərbaycanın suverenliyi üçün ciddi təhlükədir.
Azərbaycanda hakimiyyət əleyhdarlarının keçirdikləri kütləvi aksiyaların maliyyəsinin həmin gülənçi deputatlar vasitəsilə çatdırıldığına dair iddialar var. Türkiyə hökumətindən Azərbaycana göndərilən siyahıya əsasən tezliklə məsələnin həllinə istiqamətli addımların atılacağı gözlənilir. Bu məlumatların yayılması isə gülənçi parlamentarilərin narahatçılığına səbəb olub. Bu yöndə hadisələrin necə inkişaf edəcəyi yaxın zamanlarda bəlli olacaq.(cebhe.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.