Cənab Prezident,"Ramiz Zeynalovun adamları imkan vermir ki, evimizə çörək aparaq"-VİDEOFAKT

19-10-2016, 11:48   
Cənab Prezident,"Ramiz Zeynalovun adamları imkan vermir ki, evimizə çörək aparaq"-VİDEOFAKT

DİN strukturlarında 1976-cı ildən - təxminən 40 il öncə işləməyə başlayan Ramiz Zeynalov . 1994-cü ilin avqust ayından isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Deməli, indiki vəzifəsində də 21 ildir oturub. Bu 21 ildə dünya xəritəsi bir neçə dəfə dəyişsə də, R.Zeynalov nə özü, nə vəzifəsi, nə də iş üslubu dəyişməyib.

Yol polisinin necə çalışdığını oxucuya ayrıca izah etməyə lüzum görmürük. Görünən dağa bələdçi lazım deyil. Amma biz mümkün qədər Ramiz Zeynalovun dövlət vəzifələrini özü və yaxınları üçün necə biznesə çevirməsinin görünməyən tərəflərini açıqlamağa çalışacağıq.

Məmurun bu günkü biznesini yazmağa nə qələm, nədə ağ vərəq, bəs edər. İsdər Azərbaycanın qərbində isdər şərqində çoxsaylı asfalt və beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Quba rayonu Vəl-vələ çayı yaxınlığındakı meşə massivində 5 hektar ərazidə agacları məhv etdirərək 4 ay ərzində yerində nəhəng daş karxanası və beton zavodu inşa etdirib. Həmin ərazidəki karyerin və beton zavodun avadınlıqları və maşınları Almaniyadan gətirilib.

Avtomobil nömrələri və sürücülük vəsiqələrinin verilməsi də hansı biznes maraqlarının güdüldüyü bir sahədir. Hər kəsə məlumdur ki sürücülük vəsiqələri hal hazırda 1000 dan 1200 manata qədəq yüksəldib. Bu sahədə tamilə hər gün az qala mətbuatda karrupsiya halları adı bir hala cevrilib.
Keçək Ramiz Zeynalovun biznesinin əsas istiqamətlərindən biri də "Evakuasiya.az" şirkətinə.
Belə ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir. Paytaxtın küçə və prospektlərində qadağan edilmiş yerdə dayanan avtomobilləri ancaq Yol Patrul Xidmətinin əməkdaşının göstərişi əsasında DYP-nin Siqnal İdarəsinə məxsus AP (Azərbaycan Polisi ) serial nömrə nişanlı evakuatorlar tərəfindən cərimə meydançalarına aparıla bilər. Belə olan halda cərimə meydançasına aparılan avtomobilin sürücüsü cərimə edilir və sürücü cəriməni bank vasitəsi ilə dövlətə ödədikdən sonra avtomobilini cərimə meydançasından götürə bilir. Ancaq R.Zeynalov burada da vəziyyəti "incə qayda"da dəyişib. DYP-nin Siqnal İdarəsinə məxsus evakuatorlar cərimə meydançalarında saxlanılır. Əvəzində isə dayanması qadağan edilmiş yerlərdən avtomobillər "Evakuasiya.Az" MMC-yə məxsus "İsuzi" markalı evakuatorlar (üzərinə 156 yazılan) tərəfindən cərimə meydançalarına aparılır və sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına ("Bank Texnika"dakı) köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir.
İndidə keçib 166 və 188 nömrəli yük maşınlarını şəxsi biznesi edib.Bu azmış kimi kasıb insanların bir tikə çörəyinə bais olan Yol Polis rəisinin səbəb kimi vətandaşın dediyinə görə ancaq Ramiz Zeynalovun maşınlarına'' 166 və 188'' icazə verdiklərini qeyd ediblər.Cənab Prezidentimiz dəfələrlə məmur özbaşnalığına qarşımübarizə aparır .Bu gün məmur vətandaşın nökəridi qeyd etsə də, görünən o , Ramiz Zeynalov öz ampulasında biznesini inkişaf etdirir.Burda mənəm'' Bağdada kor Xəlifə'' deyərək ölkə başcısının etimadını doğultmayan Ramiz Zeynalov haqqinda cidi ölcünün vaxdı keçib və artıq gec qalınıb......

Normalda heç bir şəxsin və qohumlarının hansısa biznes qurumları yaratması və ya ona rəhbərlik etməsi əlavə suallar yaratmalı deyil. Amma R.Zeynalovun 21 il, qardaşının 8 il eyni vəzifədə olması - bütün qohumların bu həlqədə yer alması, biznes subyektlərinin də birbaşa dövlət kanallarına bağlı olması - artıq ciddi korrupsiya faktıdır.
Reportyor.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.