Bakıda nurçulara qarşı əməliyyat- 4 NƏFƏR SAXLANILDI

24-10-2016, 12:38   


Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində “Nurçu”lara qarşı əməliyyat keçiriblər.
Gununsesi.info-nun xəbərinə görə, hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü ildoğumlu Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı R.Həmidova məxsus evdən Azərbaycanda təbliği və yayımı qanunla qadağan edilən 159 kitab və 9 jurnal aşkarlanıb.
Eyni zamanda aparılan əməlyyyat zamanı sözügedən rayonun Lökbatan qəsəbəsində isə qəsəbə sakinləri – 1975-ci il təvəllüdlü İlkin İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü Samir İbrahimovdan 17 ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü Qəndab Hüseynovadan 15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat götürülüb.
Belə ki, daxil olan məlumata görə, evində axtarış aparılan şəxslərin nurçuluğun təbliğiylə məşğuluymuşlar.
Gülnaz Qənbərli
Gununsesi.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.